Nuri Bilge Ceylan - Wikipedia
Nuri Bilgə Ceylan (26 yanvar 1959, İstanbul) — Türkiyə rejissoru və ssenaristi.
Nuri Bilgə Ceylan | |
---|---|
türk. Nuri Bilge Ceylan | |
Doğum tarixi | 26 yanvar 1959[1][2][…] (65 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | kinorejissor, fotoqraf, ssenarist, kinematoqraf, film prodüseri, montajçı[d], aktyor, kinooperator[d] |
Fəaliyyət illəri | 1995-ci ildən |
nuribilgeceylan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın idi. Nuri İstanbulun Bakırköy ərazisində anadan olsa da uşaqlığı ata yurdu olan Yenicedə keçir. Burda o məktəbi bitirir və Boğaziçi Unversitetinin “elekrotexnika” fakultəsinə daxil olur. Tələbəlik illəri Nurinin həyatında ən maraqlı və uzunmüddətli dönəm kimi qalır. O, 8 illik tələbəlikdən sonra nəhayət ki, məzun olur. Bu illər ərzində sakit və təmkinli təbiəti ilə lal-dinməz kimi tanınır. Hər şeyə nisbi yanaşması, heç nəyə təəccüblənməməsi onun daim nəsə axtarmasından xəbər verirdi. Və həmin illərin bir günü Nuri fotoaparat alır. Amma yaşıdlarından fərqli o standart fotolardan qaçırdı. Lapdan, xəbər etmədən insanları təbii halları ilə obyektivinə salmağı sevirdi. 17 yaşı olarkən o artıq sərhədi aşıb Almaniya, İsveç, Niderlandı tələbəlik illərinin dostu ilə səyahət etmişdi. Nurinin axtarışları bu aralar daha da artmışdı. Ən pisi isə o nə axtardığını özü də dərk etmirdi. Tək bir insanın görməsi lazım olan işlərə meyl edirdi. Qrup, kollektiv arasında işləmək onluq deyildi. Bacardıqca insanlarla ünsiyyətdən qaçar, təkliyə çəkilər, saatlarca klassik musiqi, xüsusən Motsartı dinlərdi. Yalnızlıq onun sümüyünə kimi işləmişdi.
Yaradıcılığı
redaktəTürkiyə ona dar gəlir, boğulurdu. Boğaziçidə onun rahatlığı üçün hər şey var idi. Elə klassik musiqiyə vurğunluq da burdan başlamışdı. Günü mütaliə, foto və musiqi ilə keçirdi, amma yenə də darıxırdı. Bu darıxmaq onu bu dəfə İngiltərəyə qədər apardı. Səyahətlər zamanı gördüyü mənzərələr, insanlar onun üçün ən gözəl hiss idi. Və bu hissi əbədi etmək üçün ona pul lazım idi. Ailəsinin göndərdiyi pul, özünün fotodan qazandıqları da onun səyahətlərini davamlı etməsinə heç cür çatmırdı. Odur ki, Nuri İngiltərədə ofisiantlıq edib, növbəti səyahəti üçün pul toplayırdı. Adətən, ən çox kitabdan təsirlənirdi. Oxuduqlarını canlı görmək istəyirdi. Həmin ərəfələrdə oxuduğu kitab Himalay dağlarının gözəlliyindən yazırdı. Nuri artıq qərar vermişdi. Hökmən Himalayı canlı-canlı görməlidi. Xeyli əziyyətdən sonra o Nepala çatmağı bacarır. Himalayı o ki var gəzdikdən sonra Nuri qəti bir qərar qəbul edir. Ən yaxşısı Türkiyədi və onun axtardığı elə öz vətənindədi. Türkiyəyə gələr gəlməz hərbi xidmətə yollanır. Nepaldan Türkiyəyə qayıtmaq ona asan başa gəlmir. Dehlidə almalarla qarın doyurmağa, turistlərin şəkillərini çəkərək pul toplamağa məcbur olur. Və nəhayət uzun ayrılıqdan sonra Türkiyə öz tərki dünya dərvişinə qovuşur. Arıqlamış, saçı ağarmış, gözlərində uçurumlar qədər dərinlik olan Nuri artıq nə istədiyini dərk etmiş halda idi. Bu halda hərbi xidmət ona çox asan gəlir. Burda o Roman Polanskinin “Roman” adlı film dərsliyi kitabını oxuyur və bu kitabdan sonra o, özünün rejissor olacağına əmin olur. Amma kollektiv, qarmaqarışıq setləri düşünmək belə istəmir. Bütün hərbi xidməti dövründə beynində filmləri hansı tərzdə, necə çəkəcəyini düşünür. Amma ətrafı onun bu fikrinə bir qədər soyuq yanaşır. Hamı rejissorluğun necə çətin sənət olduğunu ona anlatmağa çalışır. Nuri bir qədər tərəddüd edir. Bu tərəddüd dövrü o, “Memar Sinan Univeristetinə” daxil olur, amma 2 il sonra anlayır ki, o rejissor olmalıdı, vəssalam. Universitetlər sadəcə insanı gec-tez üzləşəcəyi problemlərdən uzaq saxlayan bəhanələrdən biridi. Bu əminliklə univesiteti yarıda buraxır, film sənəti ilə ciddi şəkildə maraqlanmağa başlayır. Filmdə debütü aktyor kimi Mehmet Eryılmazın filmində olur. O, aktyorluğa olan sevgisini anlayır. Amma bunu bildirmir, gizlədir. Çünki, ilk öncə rejissorluqdu. Elə məhz çəkildiyi kameranı Mehmetdən satın alan Nuri özünü sınamaq qərarına gəlir. İlk filmini 1995-ci ildə lentə alır. Bu qısa metrajlı film “Koza” adlanır. Qısa zamanda özünü ən yaxşı tərəfdən sübut edən rejissor adını Türkiyə, o cümlədən dünya kino tarixinin ən usta rejissorları sırasına yazır. Rejissor filmlərinin bir çoxunda amatör aktyorlarla işləyib. Bunlar isə rejissorun öz ailəsidi.
Filmləri o qədər içdəndir ki, bunları anlatmaq da olmur. İnsanların unutduqları, bəzən önəm vermədiyi, bəzən utandığı bir çox amilləri o öz filmlərində yada salır. İnsan düşüncəsini, hissləri dialoqsuz, heç bir mahnıya, kəlməyə ehtiyac olmadan tamaşaçıya yaşada bilir. Tamaşaçı və baş qəhrəman arasında ürək bağı yaradır. “Gözəl sənətdi, amma film deyil” deyənlər az deyil Nuri Bilge Ceylan filminə baxanlar arasında. Amma filmdən qida alanlar üçün onun çəkdikləri ən lazımlı filmlərdən sayılır. Rejissor üslubuna görə onu İnqmar Berqman, Antonioni, Yasudziro Odzu və Andrey Tarkovski ilə müqayisə edirlər. 1990-cı ildə isə məhz Tarkovskinin filmini izləyərkən filmi yarıda buraxıb, zalı tərk etsə də, 4 il sonra isə Tarkovskinin eyni filminə baxıb olduqca təsirlənmişdi. Filmlərinə ssenariləri özü yazır və ən xırda detala qədər ssenaridə qeyd edir ki, çəkiliş meydançasında vaxt itkisi olmasın.
Filmləri
redaktəFilmlər və Seriallar | ||||||
---|---|---|---|---|---|---|
İl | Başlıq | Olaraq | Qeydlər | |||
Rejissor | Ssenari müəllifi | Montaj | ||||
1995 | Qoza | hə | hə | hə | Qısa film | |
1998 | Qəsəbə | hə | hə | hə | ||
2000 | May sıxıntısı | hə | hə | hə | ||
2002 | Uzaq | hə | hə | hə | ||
2006 | İqlimlər | hə | hə | hə | İsa rolunda çəkilib. | |
2008 | Üç Meymun | hə | hə | hə | ||
2011 | Bir Zamanlar Anadoluda | hə | hə | hə | ||
2014 | Qış yuxusu | hə | hə | hə | ||
2018 | Əhlət ağacı | hə | hə | hə |
- ↑ Nuri Bilge Ceylan // RKDartists (nid.).
- ↑ Nuri Bilge Ceylan // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Deutsche Nationalbibliothek Record #139811192 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.