Ogruca Goyce - Wikipedia
Oğruca - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd olmuşdur.[1]
kənd | |
Oğruca | |
---|---|
40°17′00″ şm. e. 45°47′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Göyçə mahalı]] |
Rayon | [[Basarkeçər rayonu]] |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Tarixi
redaktəBasarkeçər rayonundakı Qaraiman kəndinin yanında yerləşirdi. İndi xaraba kənddir.
Z.Qorqodoyan Göyçə mahalında ləğv edilən kəndlərin sırasında Oğruca kəndinin də adını Ağrıca kimi çəkir[2].
İ.Şopenin əsərində də Göyçə mahalında ləğv edilmiş kəndlərin siyahısında Oğruca kəndinin adı Ağrıca formasında qeyd edilir[3].
Toponim oğuzlardan olan oğur türklərinin adı əsasında əmələ gəlmişdir. Bu tayfa haqqında Rəfik Özdək yazır: «Oğur və oğuz sözləri eyni mənalıdır. Oğuzların qardaşı olan oğurlar onlardan miladda öncəki zamanlarda ayrılmışdır. Qərbə doğru yayılanların dilində «z» hərfinin yerini zamanla «r» hərfi almışdır. Onun üçün qərb türklərinə (Oğuzlara) «r»-lı danışanlar», Şərq oğuzlarına isə «z»-lı danışanlar deyilmişdir»[4].
Toponimdəki -ca şəkilçisi çoxluq mənasını ifadə edir.
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
İstinadlar
redaktə- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.XVII
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.515
- ↑ Rəfiq Özdək. Türkün qızıl kitabı, I kitab, Bakı, "Yazıçı", 1992. s.172