Oberon Proqramlasdirma Dili - Wikipedia
Oberon Proqramlasdirma Dili - Wikipedia - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Oberon – ümumi təyinatlı, obyekt-yönlü proqramlaşdırma dili. 1986-cı ildə N.Virt (Niklaus Wirth) tərəfindən işlənib hazırlanıb. Oberon dili ALGOL-bənzər dillərin Virt ailəsinin (Wirthian family) ən son üzvüdür (EULER, ALGOL-W, PASCAL, MODULA VƏ MODULA-2). Bu dildə Модуле-2 dilində olan konstruksiyaların bir hissəsi yoxdur. İşlənib hazırlanmasında başlıca məqsəd eyni zamanda bir neçə üsulla reallaşdırılmış mənaca yaxın vəziyyətlərin uzaqlaşdırılması ilə dilin sadələşdirilməsi olub. Oberon dilinin inkişafı nəticəsində Oberon-2 dili yaranıb. Proqramlaşdırma dili ilə yanaşı Oberon adlı əməliyyat sistemi də vardır. Bax: GO, MODULA-2, OBJECT-ORIENTED PROGRAMMING.
- Oberon dilində proqram nümunəsi
MODULE Hello; IMPORT Oberon, Texts; VAR W: Texts.Writer; PROCEDURE World*; BEGIN Texts.WriteString(W, "Hello World!"); Texts.WriteLn(W); Texts.Append(Oberon.Log, W.buf) END World; BEGIN Texts.OpenWriter(W) END Hello.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.