Odri Hepbern Ekranda Ve Sehnede - Wikipedia
Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir.[1][2] Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır.[3] Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır.[4][5][6] Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu.[7] O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi.[4][8][9][10] Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü.[11][12][13] Odri Hepbern 1954-cü ildə Billi Uaylderin "Sabrina" adlı romantik komediyasında Hamfri Boqart və Uilyam Holden kimi aktyorlarla tərəf-müqabil olaraq, məhəbbət üçbucağının mərkəzində olan sürücü qızını canlandırdı.[14][15] Elə həmin ildə Hepbern "Undina" tamaşasındakı ifasına görə "Səhnə əsərində ən yaxşı aktrisa" nominasiyasında "Toni" mükafatına layiq görüldü.[16][17]
Aktrisanın kinoda növbəti qəhrəmanı 1956-cı ildə Lev Tolstoyun eyniadlı romanı əsasında çəkilmiş "Hərb və sülh" filmində Nataşa Rostova obrazı olur. 1957-ci ildə Hepbern, Qeri Kuper və Moris Şevalye ilə birlikdə rejissor Billi Uaylderin "Günortadan sonra məhəbbət", eləcə də Fred Asterlə birlikdə "Məzəli sima" filmlərində baş rolda çəkildi. İki ildən sonra aktrisa "Yaşıl məkanlar" romantik filmində yenidən ekranlarda göründü. Daha sonra isə "Rahibənin hekayəti" filmində rahibə Lük rolunu ifa etdi. 1961-ci ildə Hepbern "Tiffanidə səhər yeməyi" romantik komediya filmində yelbeyin qız Holli Qolaytli rolunda və aktrisa Şirli Makleynlə tərəf-müqabil olduğu Uilyam Uaylerin "Uşaqların saatı" dramında Karen Rayt obrazında çıxış etdi.[17][18] İki ildən sonra o, Keri Qrantla birlikdə "Şarada" romantik detektiv filmi ilə ekranlara gəlir. Bu rolların ardınca Odri Hepbern aktyor Uilyam Holdenlə birlikdə "Paris isti olanda" komediyasında Qabriell və "Mənim gözəl xanımım" musiqili filmində gülsatan qız Eliza rollarını ifa edir (hər ikisi: 1964).[17] 1967-ci ildə aktrisa "Qaranlığadək gözlə" trillerində öz evində narkotik alverçilərinin təhdidləri altında qalmış kor qadın rolunda çəkilir. Bu filmdə ifa etdiyi rola görə aktrisa Ən yaxşı qadın roluna görə Oskar mükafatına namizəd olub.[17][19] Doqquz ildən sonra rejissor Riçard Lester "Robin və Merian" filmini çəkir və həmin filmdə Robin Qud rolunu Şon Konneri, Merian rolunu isə Odri Hepbern ifa edir.
Odri Hepbernin kinoda sonuncu rolu Stiven Spilberqin "Həmişə" (1989) filmində epizodik mələk rolu oldu.[19] Son dəfə isə tamaşaçılar aktrisanı ekranda 1993-cü ildə "Odri Hepbernlə dünyanın bağçaları" (ing. Gardens of the World with Audrey Hepburn) silsilə televiziya sənədli filmlərində görə bildilər. Bu layihədəki iştirakına görə aktrisa ölümündən sonra "İnformasiya proqramında Ən Böyük Fərdi Nailiyyətə görə" Praym-Taym "Emmi" mükafatına layiq görülmüşdür.[10][20][21] Kinoda göstərdiyi fəaliyyətə və uğurlu karyerasına görə Odri Hepbern BAFTA-nın Xüsusi Mükafatına, "Qızıl Qlobus"un fəxri Sesil B. De Mill mükafatına, Kino sahəsinə verdiyi töhfələrə görə ABŞ Kinoaktyorlar Gildiyasının mükafatına və "Toni" Xüsusi Mükafatına layiq görülmüşdür.[22][23][24][25]
Kinodakı rolları
redaktəFilmin adı | Orijinal adı | İl | Rol | Qeydlər | İstinadlar |
---|---|---|---|---|---|
Yeddi dərs ərzində hollandlar | nid. Nederlands in Zeven Lessen | 1948 | Stüardessa | [26] | |
Yabanı yulaf dənəsi | ing. One Wild Oat | 1951 | otel işçisi | [26] | |
Gənc qadınların hekayələri | ing. Young Wives' Tale | 1951 | İv Lester | [27] | |
Cənnətdə gülüş | ing. Laughter in Paradise | 1951 | Frielda | [28] | |
Lavender Hill dəstəsi | ing. The Lavender Hill Mob | 1951 | Çikita | [29] | |
Gizli adamlar | ing. Secret People | 1952 | Nora Brentano | [30] | |
Monte Karlonun uşaqları | ing. Monte Carlo Baby | 1952 | Linda Farrell Melissa Farrell (Fransa versiyasında) |
Eyni zamanda həm ingilis, həm də fransız dilində olan film. fr. Nous irons à Monte-Carlo |
[31] [32] [33] |
Roma tətilləri | ing. Roman Holiday | 1953 | Şahzadə Anna | [34] | |
Sabrina | ing. Sabrina | 1954 | Sabrina Feyrçayld | Böyük Britaniyada: Sabrina Fair | [35] [36] |
Hərb və sülh | ing. War and Peace | 1956 | Nataşa Rostova | [37] | |
Günortadan sonra məhəbbət | ing. Love in the Afternoon | 1957 | Ariana Şavess | [38] | |
Məzəli sima | ing. Funny Face | 1957 | Co Stokton | [39] | |
Yaşıl məkanlar | ing. Green Mansions | 1959 | Rima | [40] | |
Rahibənin hekayəti | ing. The Nun's Story | 1959 | Lük Bacı | [17] | |
Bağışlanmamış | ing. The Unforgiven | 1960 | Reyçel Zaxariya | [17] | |
Tiffanidə səhər yeməyi | ing. Breakfast at Tiffany's | 1961 | Holli Qolaytli | [17] | |
Uşaqların saatı | ing. The Children's Hour | 1961 | Karen Rayt | [17] | |
Şarada | ing. Charade | 1963 | Recina Lempert | [41] | |
Paris isti olanda | ing. Paris When It Sizzles | 1964 | Qabriell Simpson | [42] | |
Mənim gözəl xanımım | ing. My Fair Lady | 1964 | Eliza Dulitl | [17] | |
Milyonu necə oğurlamalı | ing. How to Steal a Million | 1966 | Nikol Bonne | [17] | |
İki nəfər yolda | ing. Two for the Road | 1967 | Coanna Volles | [43] | |
Qaranlığadək gözlə | ing. Wait Until Dark | 1967 | Süzi Hendriks | [44] | |
Robin və Merian | ing. Robin and Marian | 1976 | Merian | [45] | |
Qan xətti | ing. Bloodline | 1979 | Elizabet Ruff | [46] | |
Onların hər biri güldü | ing. They All Laughed | 1981 | Anjela Niotis | [47] | |
Həmişə | ing. Always | 1989 | mələk | [48] |
Televiziya rolları
redaktəProqramın adı | Orijinal adı | İl | Rol | Telekanal | Qeydlər | İstinadlar |
---|---|---|---|---|---|---|
Şənbə gecəsinin tamaşası | ing. Saturday Night Revue | 1950 | Naməlum | BBC Television Service | 3 tamaşa | [49] [50] [51] |
Şənbə gecəsi teatrı | ing. Sunday Night Theatre | 1951 | Seliya | BBC Television Service | "Sakit kənd" tamaşası | [52] |
CBS Televiziya Emalatxanası | ing. CBS Television Workshop | 1952 | Virciniya Forsayt | CBS | "Cənnətin kandarında yağışlı gün" tamaşası | [53] [54] |
Prodüser meydançası | ing. Producers' Showcase | 1957 | Mariya fon Veçera | NBC | "Mayerlinq" tamaşası | [55] |
Sevgi dünyası | ing. A World of Love | 1970 | Özü | CBS | Xüsusi UNICEF buraxılışı | [56] |
Oğrular arasında məhəbbət | ing. Love Among Thieves | 1987 | Karolina Dü Lak | American Broadcasting Company | Televiziya filmi | [57] [58] |
Amerika ustaları | ing. American Masters | 1988 | Özü | PBS | "Rejissoru Uilyam Uayler" bölümü Sənədli film |
[59] |
Qreqori Pek: Onun şəxsi dünyası | ing. Gregory Peck: His Own Man | 1988 | Özü | Cinemax | Sənədli film | [60] |
Odri Hepbernlə dünyanın bağçaları | ing. Gardens of the World with Audrey Hepburn | 1993 | Özü | PBS | Sənədli silsilə | [61] |
Səhnə rolları
redaktəTamaşanın adı | Orijinal adı | İl(lər) | Rol | Teatr | Qeydlər | İstinadlar |
---|---|---|---|---|---|---|
Böyük düyməli ayaqqabılar | ing. High Button Shoes | 1948–49 | Xordakı qız | London Hippodromu | [62] | |
Tartar sousu | ing. Sauce Tartare | 1949 | Xordakı qız | Kembric Teatrı | [17] [63] | |
Pikuant sousu | ing. Sauce Piquante | 1950 | Dəvət olunmuş ifaçı | Kembric Teatrı | [17] | |
Jiji | ing. Gigi | 1951 | Jiji | Fulton Teatrı | 24 noyabr 1951 – 31 may 1952 | [64] |
Undina | ing. Ondine | 1954 | Undina | Riçard Rocers Teatrı (46-cı küçə teatrı) |
18 fevral 1954 – 3 iyul 1954 | [65] |
İstinadlar
redaktə- ↑ Corliss, Richard. "Audrey Hepburn: Still the Fairest Lady". Time. Time Inc. 20 January 2007. 11 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
- ↑ "Audrey Hepburn tops beauty poll". BBC. 31 May 2004. 20 July 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
- ↑ "AFI's 50 Greatest American Screen Legends". Amerika Film İnstitutu. 13 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
- ↑ 1 2 Billson, Anne. "Audrey Hepburn: a new kind of movie star". The Telegraph. Telegraph Media Group. 29 December 2014. 16 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ Cocozza, Paula. "Audrey Hepburn: Portraits of an Icon review – beautiful, but unrevealing". The Guardian. Guardian Media Group. 1 July 2015. 11 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
- ↑ Wilson, Bee. "The cult of Audrey Hepburn: how can anyone live up to that level of chic?". The Guardian. Guardian Media Group. 19 June 2015. 16 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
- ↑ Woodward, 2012. səh. 54
- ↑ Woodward, 2012. səh. 139
- ↑ "Audrey Hepburn's Fashionable Life in Rome". Vanity Fair. Condé Nast. May 2013. 22 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ 1 2 Buchanan, Rose Troup. "Audrey Hepburn 85th birthday celebrated with Google Doodle". The Independent. Independent Print Limited. 4 May 2014. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "The 26th Academy Awards". Academy of Motion Picture Arts and Sciences (AMPAS). 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Film in 1954". Britaniya Akademiya Film mükafatı (BAFTA). 2 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Audrey Hepburn". Hollywood Foreign Press Association. 8 July 2015 tarixində arxivləşdirilib.
- ↑ Gitlin, 2008. səh. 115
- ↑ Crowther, Bosley. "Sabrina (1954) Screen: 'Sabrina' Bows at Criterion; Billy Wilder Produces and Directs Comedy". The New York Times. Arthur Hays Sulzberger. 23 September 1954. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2015.
- ↑ Woodward, 2012. səh. 393
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Gitlin, 2008. səh. 116
- ↑ Ryan, Pat. "Forever a Gamine at Tiffany's". The New York Times. Arthur Ochs Sulzberger, Jr. 14 March 2013. 17 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ 1 2 James, Caryn. "Audrey Hepburn, Actress, Is Dead at 63". The New York Times. Arthur Ochs Sulzberger, Jr. 21 January 1993. 26 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Awards Search". Academy of Television Arts & Sciences. 2015-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Gardens of the World With Audrey Hepburn". The New York Times. Arthur Ochs Sulzberger, Jr. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "100 BAFTA Moments - Audrey Hepburn Receives the Special Award". Britaniya Akademiya Film mükafatı (BAFTA). 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Cecil B. DeMille Timeline". Hollywood Foreign Press Association. 8 July 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "29th Life Achievement Recipient, 1992". Screen Actors Guild Awards. 24 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Audrey Hepburn". Playbill Vault. 8 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2015.
- ↑ 1 2 Woodward, 2012. səh. 381
- ↑ "Young Wives' Tale (1951)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ Woodward, 2012. səh. 382
- ↑ Woodward, 2012. səh. 92, 382
- ↑ "The Secret People (1952)". Turner Classic Movies. 9 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ Spoto, 2007. səh. 43
- ↑ "Audrey Hepburn". British Film Institute. 1 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ G., O. A. "Monte Carlo Baby (1953) At the Palace". The New York Times. Arthur Hays Sulzberger. 29 May 1954. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ Woodward, 2012. səh. 124, 383
- ↑ "Sabrina (1954)". Turner Classic Movies. 14 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ Woodward, 2012. səh. 384
- ↑ "War and Peace (1956)". Turner Classic Movies. 23 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Love in the Afternoon (1957)". Turner Classic Movies. 12 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Funny Face (1957)". Turner Classic Movies. 10 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ Woodward, 2012. səh. 386–387
- ↑ Sherwin, Adam. "Hollywood Silences Leading Ladies as Speaking Roles for Women Slump". The Independent. Independent Print Limited. 15 May 2013. 16 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Paris When It Sizzles (1964)". Turner Classic Movies. 2 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Two for the Road (1967)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Wait Until Dark (1967)". Turner Classic Movies. 26 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Robin and Marian (1976)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Bloodline (1979)". Turner Classic Movies. 9 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "They All Laughed (1981)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ Woodward, 2012. səh. 390–391
- ↑ "15 July 1950". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "29 July 1950". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "12 August 1950". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "Hugh Williams and Joyce Redman in 'The Silent Village'". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ "CBS Television Workshop, The: Rainy Day in Paradise Junction". Paley Center for Media. 11 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ Gitlin, 2008. səh. 39
- ↑ Woodward, 2012. səh. 201, 391
- ↑ Fearn-Banks, 2009. səh. 494
- ↑ Woodward, 2012. səh. 392
- ↑ "Love Among Thieves (1987)". Turner Classic Movies. 11 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ Woodward, 2012. səh. 391
- ↑ Molyneaux, 1995. səh. 247
- ↑ "Gardens of the World with Audrey Hepburn". TV Guide. 17 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
- ↑ Woodward, 2012. səh. 63–64
- ↑ Woodward, 2012. səh. 67, 69
- ↑ "Gigi". Internet Broadway Database. 16 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2015.
- ↑ "Ondine". Internet Broadway Database. 1 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2015.
Ədəbiyyat
redaktə- Fearn-Banks, Kathleen. The A to Z of African-American Television. Lanham, Maryland: Scarecrow Press. 4 August 2009. ISBN 978-0-8108-6348-4. OCLC 699319372. 24 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2016.
- Gitlin, Martin. Audrey Hepburn: A Biography. Westport, Connecticut: ABC-CLIO. 30 December 2008. ISBN 978-0-313-35945-3. OCLC 298456360. 4 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2016.
- Molyneaux, Gerard. Gregory Peck: A Bio-bibliography. Westport, Connecticut: Greenwood Publishing Group. 1 January 1995. ISBN 978-0-313-28668-1. OCLC 246712846. 6 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2016.
- Spoto, Donald. Enchantment: The Life of Audrey Hepburn. Random House. 9 October 2007. ISBN 978-0-09-948704-3. 2 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2016.
- Woodward, Ian. Audrey Hepburn: Fair Lady of the Screen. Ebury Publishing. 31 May 2012. ISBN 978-1-4481-3293-5. 1 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2016.
Xarici keçidlər
redaktə- Odri Hepbern — IMDb səhifəsi