Okean Yer Qabigi - Wikipedia
Okean yer qabığı — Yer qabığı tipi olub okean ərazilərini əhatə edir. Okean yer qabığı planet səthinin 56 % - ni əhatə edir və onun başlıca cəhəti az qalınlığa (orta hesabla 5 –7 km -ə yaxın) malik olmasıdır. Lakin belə nazik qabıq da öz-özlüyündə iki qata ayrılır.
Çökmə qat
redaktəBu qatın qalınlığı okean çuxurları süxurlarında 1 km-dən 15 km-dək, qitə yaxınlığında isə 15 km-dək və daha çoxdur. Okean çuxurlarında çöküntülər, adətən, gillərdən, silisimlu və əhəngli lillərdən təşkil olunur. Okeanların çökmə qatından uzununa seysemik dalğaların keçmə sürəti 2–5 km/san-dir. Okean dərinliklərindəki ən qədim çöküntülərin yaşı 180 milyon ildən artıq deyildir. Belə bir təsəvvür yarana bilər ki, mezozoy erasının ortalarına kimi Yer üzündə, ümumiyyətlə, okean olmamışdır. Lakin bu heç də belə deyildir.
Bazalt qat
redaktəOkean qabığının bu qatı, ümumiyyətlə, sualtı vulkanların püskürmə məhsulları olan bazaltdlardan təşkil olunmuşdur. Bunlar üçün yastıqvari bazaltlar səciyyəvidir. Onlar biri-birinin üzərində yatan qayrı-ayrı dəyirmi formalı lava yastıqlarından ibarətdirlər. Bu lava, san ki vulkan kanallarından sıxılaraq çölə çıxmışdır. Okean dərinliklərində su sütunu dibdə çox böyük təziq yaradır və bu lavanın yer səthində və yaxud dayaz su hövzələrində olduğu kimi azad axmasına, xüsusən də püskürməsinə imkan vermir.
Bazalt yastıqları qatından aşağıda biri-birinə paralel yerləşən, kiçik qalınlığa malik lakin nisbətən böyük davamiyyətli intruziv kütlələr - bazalt daykaları yerləşir. Məhz onlar bazalt maqmasının qalxması üçün nəqletdirici vulkanik kanal rolunu oynayırlar.
Okean yer qabığı bazalt qatının qalıənlığı 2 km -dən artıq deyildir. O, çökmə qata nisbətən böyük sıxlığa malik olduğundan, burada uzununa seysmik dalğaların sürəti yüksələrək 6,5 km/san çatır. Bunlardan aşağıda, seysmik dalğa sürətlərinin sıçrayışla 8,1-8,4-ə kimi yüksələn Moxoroviçiç səthi yerləşir. Bu artıq Yerin üst mantiyasıdır.
Mənbə
redaktə- http://anl.az/el/k/kz_g.pdf
- Geologiya. Bakı. "Şərq-Qərb", 2008, 712 səh.
- http://gsaz.az/ci/Kitabxana/T.C.Hebibov_Umumi_geologiya.pdf