Okkultizm - Wikipedia
Okkultizm — Kultizm və mistisizm. Ümumi mənada, elmin əhatə dairəsindən kənarda qalan fövqəltəbii inanc və əməllər toplusu.
Gizli məlumatlar mənasını verən okkultizm latın sözü olub "gizləmək", "saxlamaq" mənasını verən occulare sözünün kökündən gələn "okkultus" (gizli) sözündən götürülmüşdür. Ümumilikdə okkultizm keçmişdən bu günə, bu gündən gələcəyə mövcud olmuş, olan və olacaq müəmmaların açıqlanmasında xüsusi bir bilgi mənbəyidir və gələcəkdə daha da zənginləşəcəkdir.
Okkultizm özündə bir neçə sirli bilgiləri cəmləmişdir və bu bilgilərin istər qorunub saxlanılmasında, istərsə də açıqlanmasında xüsusi əhəmiyyətli yer tutur. İlkin başlanğıcda qərbdə, Avropada yaranıb formalaşan okkultizm sonradan bütün dünyada məşhurlaşan gizli bilgilər mənbəyi kimi tanınan məlumatlar toplusuna çevrilmişdir.
Okkultizmin içinə aldığı məlumatlardan magiya (cadu və cadugərlik), astrologiya (nücum elmi), numerologiya (rəqəmlərin sirri), simvolizm (simvolların sirri), teologiya (ruhi varlıqlar), tarot kimi bilgilər xüsusi yer tutur. Bunlardan əldə etdikləri məlumatlar əsasında okkult astrologiya, okkult anatomiya və s. kimi gizli elmlər formalaşıb.
Okkultizm bu gün Azərbaycanda yeni tanınmaqdadır. Ancaq bu o demək deyil ki, bu xalqın gizli elmlərdən xəbəri olmamışdır. Əksinə, Azərbaycan xalqının çox dərin keçmişi vardır. Bu böyük ulusun şafağ elmi şərqdə tarixin qaranlığında unudulmaqdaykən qərb alimləri tərəfindən araşdırılaraq müasir dünyamızda qərbdən dəyişmiş halda, haradasa qərb təsirində formalaşıb okkultizm adı ilə bizə qayıdan elmdir.
Okkultizm həm elmin, həm də dinin açıqlaya bilmədiyi müəmmaların açıqlanmasında vasitələrdən sayılır. Ədəbiyyatda okkultizmə geniş şəkildə Amerikalı yazıçı Hovard Filips Lavkraft müraciət etmiş, əsərlərində qədim Hindu inanc, din və tanrılarını təsvir etmişdir (Ktulhu kultu, Yiq tanrısı və s.)