Oklend Gimnaziyasi - Wikipedia
Oklend gimnaziyası (ing. Auckland Grammar School) — Yeni Zelandiyadakı dövlət orta məktəblərindən biri. Oklenddə yerləşir. 2011-ci ildə Gimnaziyada şagirdlərin sayı 2461 nəfər idi ki, bu göstəriciyə görə məktəb Yeni Zelandiyada 6-cı sıradadır. Gimnaziya daxilində xarici tələbələr üçün yaradılmış yataqxanalar mövcuddur.
Oklend Gimnaziyası | |
---|---|
36°52′09″ c. e. 174°46′07″ ş. u.HGYO | |
Şüar |
"Per Angusta Ad Augusta" (azərb. Qələbə əzm ilə əldə edilir) |
Əsası qoyulub | 1850 |
Tip | ümumi təhsil müəssisəsi |
Şagird sayı | 2461 (2011) |
Tələbə sayı | 2.578[1], 2.583[1] |
Şəhər | Oklənd |
Ölkə | |
Ünvan | Yeni Zelandiya, Oklənd |
Sayt | ags.school.nz |
Vikianbarda əlaqəli mediafayllar |
Oklend gimnaziyası Yeni Zelandiyanın ən öndəgedən akademik orta məktəbi kimi tanınır. "Metro Magazine" adlı jurnal Kembric sistemli gimnaziyanın nəticələrini yüksək göstərərək ona yüksək xallar vermişdir[2].
Tarixi
redaktəGimnaziya 1850-ci ildə general-qubernator Ser Corc Qrey tərəfindən yaradılmışdır. 1868-ci ildən təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
Məktəbin devizi "Per Angusta Ad Augusta" (azərb. Qələbə əzm ilə əldə edilir).
Xarici tələbələr
redaktəGimnaziyada 90–100 civarında xarici tələbə təhsil alır. Burada təhsil almaq üçün xarici tələbələrdən ingilis dili bilikləri səviyyəsinin yoxlanılması üçün test imtahanlarının verilməsi, ingilis dili intensiv kurslarını başa çatdırması tələb oluna bilər. Oklend Gimnaziyasında təhsil almaq üçün xarici tələbələr hər il 20,000 ABŞ dolları civarında təhsil haqqı ödəməlidirlər.
Məktəbin görkəmli məzunları
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 https://www.educationcounts.govt.nz/directories/list-of-nz-schools.
- ↑ Top Academic School | Auckland Grammar School Arxivləşdirilib 2013-02-05 at the Wayback Machine. Ags.school.nz. Retrieved 2012–08–27.