Omo Cayi - Wikipedia
Omo çayı — Efiopiyanın cənubunda çay. Omo Nil hövzəsindən kənarda yerləşən ən böyük Efiopiya çayıdır. Hövzəsi tamamilə Efiopiya sərhədləri daxilindədir və Keniya ilə sərhəddə yerləşən Turkana gölünə axır.
Omo çayı | |
---|---|
Ölkə | |
Mənsəbi | Turkana gölü |
Uzunluğu |
|
Rəsmi adı | Lower Valley of the Omo |
Tipi | Təbii |
Kriteriya | (iii), (iv) |
Tarixi | 1980 (4-cü sessiya) |
İstinad nöm. | 17 |
Ölkə | Efiopiya |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəOmo çayı ən böyük qolu olan Veyb çayı ilə ən böyük sol qolu olan Gayb çayının 8°19′ şm. e. 37°28′ ş. u.HGYOkoordinatlarında birləşməsi nəticəsində əmələ gəlir. Ölçülərini, uzunluqlarını və istiqamətlərini nəzərə alsaq, həm Omo, həm də Gayb çaylarının eyni və ya bənzər çay olduğunu, lakin fərqli adlarda olduğunu düşünə bilərsiniz. Nəticə etibarilə, bütün çay hövzəsi bəzən Omo-Gayb hövzəsi adlanır.
Çayın istiqaməti ümumilikdə cənuba doğrudur və Turkana gölünə tökülür. Efiopiya Mərkəzi Statistika Agentliyinin yaydığı materiallara görə, Omo çayının uzunluğu 760 kilometrdir.[1]
Efiopiyaya Spektrum Bələdçisi, çayın yağışlı mövsümdən əvvəldə belə hələ yüksək olduğu dövrdə, sentyabr-oktyabr aylarında reftinq üçün məşhur bir yer olaraq təsvir edir.[2]
Arxeoloji tapıntılar
redaktəƏrazidə ilk arxeoloji kəşflər 1901-ci ildə bir Fransa ekspedisiyası tərəfindən edildi. Ən əhəmiyyətli tapıntılar sonradan, 1967-1975-ci illər arasında beynəlxalq bir arxeoloji qrup tərəfindən edilmişdir.[3] Bu komanda bir sıra fərqli əşyalar, o cümlədən təxminən 2.5 milyon yaşı olan Avstralopitek kişisinin çənə sümüyünü tapmışdır.[3][4] Arxeoloqlar həmçinin ərazidə yaşayan hominidlərinin erkən Pleystosen dövründən Pliosen dövrünə qədər olan qalıq larını tapmışlar.[3]
Mədəniyyət
redaktəHazırda bəziləri tərəfindən min illər boyu müxtəlif mədəniyyətlərin və etnik qrupların Omo şağı vadisinə köç etdiyinə inanılır. Omo Aşağı
Vadisindəki Mursi, Suri, Nyanqatom, Dizi və Meen də daxil olmaqla bəzi xalqlar bu günə qədər müxtəlifliklərinə görə öyrənilir.[5]
Bütün Omo çayı hövzəsi həm də geoloji və arxeoloji baxımdan əhəmiyyətlidir. Fransız və Amerika komandaları tərəfindən Pliosen və Pleystosenə aid bir neçə hominid qalıqlar və arxeoloji yerlər qazılmışdır. Bir neçə arxeoloji yerdə Avstralopitek nəslinə və Homoya aid fosillər, habelə ən qədim, təxminən 2.4 milyon il əvvələ aid olan kvarsitdən hazırlanmış alətlər tapıldı. Buna görə ərazi 1980-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edildi.[6]
Su elektrik stansiyaları
redaktəOmo çayı hövzəsində Omo çayının qolları olan Qilqel Gayb çayı və Gayb çayının adını daşıyan bir neçə elektrik stansiyası və anbar var.
2006 daşqınları
redaktə2006-cı ildə yağan güclü yağış zamanı, 16 avqusta qədərki beş gün ərzində ən az 456 adam boğuldu və 20 mindən çox insanı evindən köçməyə məcbur oldu. Mövsümi güclü yağışlar ölkənin bu hissəsi üçün normal olsa da, otlaq və meşələrin qırılması bu faciədə günahlandırılır. "Efiopiyadakı çaylar əvvəlki illərdəkindən daha az su tutma qabiliyyətinə malikdirlər, çünki onlar torpaqla doldurulur" deyə Dünya Qida Proqramının sözçüsü Paulette Cons bildirib.[7] Omo çayının mövsümi daşması onun sahilində yaşayan yerli qruplar üçün vacibdir. Daşqın münbit çökəklik gətirir, sahilləri su ilə doldurur və çay sahillərində becərmə imkanı yaradır. Aşağı Omo vadisi boyunca olan müxtəlif xalqlar ərzaq təminatının böyük bir hissəsini daşqınların gətirdiyi münbitlik nəticəsində əldə edirlər.[8]
2006-cı ilin böyük və dağıdıcı seli son əlli il ərzində meydana gələn yeganə seldir. Ümumiyyətlə sularının doxsan faizini Omo çayından alan Turkana gölünün səviyyəsinin aşağı düşməsi şoranlıq səviyyəsinin artmasına səbəb olmuşdur. Artıq deltanın ölçüsü, təxminən 500 kvadrat mil (1,300 km2) ölçüsündədir və aşağı Omo hövzəsində yerli olan pastoralistlərin və aqro-pastoralistlərin mal-qaraları və digər ev heyvanları üçün təkrar əkin və otlaq üçün torpaqlar vermişdir.
Mənbə
redaktə- Butzer, Karl W. (1971). Recent history of an Ethiopian delta: the Omo River and the level of Lake Rudolph, Research paper 136, Department of Geography, University of Chicago, 184 p., LCCN 70-184080
- Camerapix (2000). Spectrum Guide to Ethiopia, First American Ed., Brooklyn: Interlink, ISBN 1-56656-350-X
- Crandall, Ben (2007). The Omo River Valley, eMuseum @ Minnesota State University, Mankato; website accessed 31 October 2007
- Hurd, W. (2006). "Rangers by Birth", Cultural Survival Quarterly, 30.2, website accessed 31 October 2007
- UNESCO World Heritage Centre (2007). Lower Valley of the Omo, World Heritage List, website accessed 31 October 2007
- Vannutelli, L. and Citerni, C. (1899). Seconda spedizione Bòttego: L'Omo, viaggio d'esplorazione nell'Africa Orientale, Milano : Hoepli, 650 p.
İstinadlar
redaktə- ↑ "Climate, 2008 National Statistics (Abstract)" Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine, Table A.1. Central Statistical Agency website (accessed 26 December 2009)
- ↑ Camerapix (2000), p. 262
- ↑ 1 2 3 Scheffel, Richard L.; Wernet, Susan J., redaktorlar Natural Wonders of the World. United States of America: Reader's Digest Association, Inc. 1980. 281. ISBN 0-89577-087-3.
- ↑ Crandall (2007)
- ↑ Hurd (2006)
- ↑ UNESCO (2007)
- ↑ "More than 700 killed or missing in Ethiopian floods" Arxivləşdirilib 2008-10-01 at the Wayback Machine, Zeenews.com 16 August 2006; "Ethiopian floods feared to have killed 870" by Tsegaye Tadesse Arxivləşdirilib 2007-03-12 at the Wayback Machine, Eircom net, 16 August 2006
- ↑ "Archived copy" (PDF). 2009-09-02 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2009-10-17.