Oni Iblis - Wikipedia
Oni (yap. 鬼) — yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, cəhənnəmin yaponlarda analoqu olan Ciqokuda yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir.
Oninin Avropadakı analoqu şeytan və cindir.
Oni çox güclü və çətin öldürüləndir. Beləki bədəninin kəsilmiş hissələrinin yerində yenisi çıxır. Döyüşdə tikanları olan dəmir əmuddan — kanabodan istifadə eləyir. Pələng dərisindən hazırlanan fundosi adlanan yan sarğı geyinirlər. Axmağa bənzər xarici görünüşünə baxmayaraq, oni çox hiyləgər və ağıllıdır, həmçinin, insanlara çevrilməyi bacarır.
İnsan ətini xoşlayır. Bəzi əfsanələrdə, onların soyaya nifrət eləməsi bildirilir. Hesab olunur ki, öz nifrətinə nəzarət edə bilməyən insanlar oniyə çevrilə bilər. Çox nadir hallarda oni insanlara qarşı mehriban olur və hətta onların qoruyucusu qismində çıxış edir.
İldə bir dəfə — 3 fevral tarixində Yaponiyada oninin qovulması mərasimi keçirilir.
Yaponiyada qaçdı-tutdu oyunu "oniqokko" ("oni oyunu") adlanır.
Mənşəyi
redaktə"Oni" sözünün "gizlənmək" mənasını verən onyomi (隠) — heroqlifin Çin tələffüzünün yapon interpretasiyasından yaranması təxmin edilir. Oni ilk əvvəl görünməz ruhları və fəlakət tanrılarını, xəstəlikləri və digər xoşagəlməz hadisələrlə bağlı işlədilirdi. Bu varlıqlar insanları aldatmaq üçün müxtəlif formalar ala bilərlər. Bu səbəbdən "kabus" mənasını verən çin heroqlifi qui formasız varlıqları bildirmək üçün işlədilməyə başlamışdır.
Görünməz Onilər son nəticədə insanabənzər və oqr siması cildini almış, hinduizm və buddizmdən qəbul edilmiş rakşası və yakşa kimi varlıqlara, qaki adlanan ac ruhlara, yapon folklorunda ölülərin tanrısı Emmanın Ciqokuda günahkarları cəzalandıran iblislərinə oxşamışdırlar.
Şeytan qapıları
redaktəOnilərin təsviri üçün daha bir mənbə Çinlə bağlılığı olan qədim yapon ezoterik kosmologiya konsepsiyası olan ommyodo göstərilir. Şimal-şərqi istiqamət Kimon (鬼门, "şeytan qapıları") adlanmış və zalım ruhların gəldiyi bədbəxrlik istiqaməti hesab olunurdu. Bürclərin dünyanın hissələrini bildirən Türk-monqol təqvimindəki təsvirində Usitora (丑寅), "öküz və pələng" adı ilə məlum idi. Oni obrazının vizual görüntüləri, öküz buynuzu, pişik köpək dişləri, caynaqları, pələng dərisindən olan yan tərəfdən olan sarğı bununla bağlı edilir.[1]
Məbədlərin tikintisi prosesində bu halla tez-tez rastlaşılır. Belə ki yapon binaları şimal-şərq hissədən Q-şəkilli taxçalara malikdir. Bu oniləri qovmaq üçün nəzərdə tutulur. Kioto şəhərinin mərkəzindən şimal-şərq istiqamətində yerləşən Xiey dağındakı Enryaku-dzi və Edo qəsrinin yaxınlığında yerləşən Kanei-dzi bunlara bariz nümunədir. Yaponiyanın paytaxtı da VIII əsrdə Naqaoka-kedən cənub-qərb istiqamətinə, Kiotoya keçirilmişdir.[2]
Ənənəvi mədəniyyət
redaktəBəzi kəndlərdə hər il, xüsusən yazın əvvəlində onilərin qovulması mərasimi qeyd edilir. Setsubun festivalında soyanı evlərinin kənarına ataraq qışqırırlar. "Oni-va soto! Fuku-va uti! ("鬼は外! 福は内!" , "Oni gedir! Xeyir-dua gəlir!").[3]" Meymun heykəlləri onilərdən qorunmaq üçün nəzərdə tutulmuşdur. Belə ki, yapon dilində meymunu bildirən "saru" sözü "qoyub getmək"' sözünün omofonu sayılır. Yapon folkloruna əsasən, piknar bitkisi Onidən qorunmaq üçün istifadə olunurdu. Sonrakı dövrlərdə Oni özünün əvvəlki qəzəb hissini itirmiş, qoruyucu funksiyaları üzərilərinə götürmüşdülər. Yapon paradlarında istənilən bir uğursuzluğu əks etdirmək üçün kişilər çox vaxt Oni kostyumundan istifadə edirdilər. Yapon binalarında Oninin kirəmitdə təsvirinin yer aldığı elementlərə rast gəlmək olar. Həmin elementlər oniqavara adlanır. Hesab olunur ki, qərb ənənəsində istifadə olunan qarqulyalar kimi oniqavara da uğursuzluqların qarşısını alır.[4]
Oni Momotaro (şaftalı oğlan) haqda yapon hekayəsində önəmli yer tutur.
Oniyə istinad edən çoxsaylı yapon deyimləri və atalar sözləri də vardır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Hastings, James. Encyclopedia of Religion and Ethics. Part 8. Kessinger Publishing. 2003. səh. 611. ISBN 0-7661-3678-7. 2014-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
- ↑ Turnbull, Stephen R. The samurai and the sacred. Osprey Publishing. 2006. səh. 35. ISBN 1846030218. 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
- ↑ Sosnoski, Daniel. Introduction to Japanese culture. Charles E. Tuttle Publishing. 1966. səh. 9. ISBN 0-8048-2056-2. 2014-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
- ↑ toyozaki, yōko. 「日本の衣食住」まるごと事典. IBC PUBLISHING. 2007. səh. 21. ISBN 4896846400. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.