Oqtay Sahbazov - Wikipedia
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Oqtay Qəşəm oğlu Şahbazov (1 noyabr 1941, İrəvan) — dövlət xadimi, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri (1992–1993, 2016–2021), Dövlət qulluğunun 1-ci dərəcə dövlət müşaviri. Əməkdar dövlət qulluqçusu (2015) fəxri adı və "Şöhrət" ordeni ilə təltif edilmişdir (2011).
Oqtay Şahbazov | |
---|---|
15 yanvar 2016 – 26 yanvar 2021 | |
6 aprel 1992 – 11 may 1993 | |
31 dekabr 1991 – 6 aprel 1992 | |
11 may 1993 – 15 yanvar 2016 | |
13 fevral 1990 – 14 sentyabr 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 noyabr 1941 (83 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Qəşəm Şahbazov |
Uşağı | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəOqtay Qəşəm oğlu Şahbazov 1941-ci il noyabrın 1-də İrəvan şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətini 7 nömrəli Bakı Dövlət diyircəkli yastıq zavodunda cilalayıcı fəhlə kimi başlamışdır. 1959–1964-cü illərdə Azərbaycan Xarici Dillər Pedaqoji institutunda oxumuş, Azərbaycan və Alman dili müəllimi ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətini 126 nömrəli orta məktəbın alman dili müəllimi kimi davam etmişdir, sonra uzun illər S. M. Kirov adına Ali Xəzər Hərbi-dəniz Məktəbinin Xarici dillər kafedrasının alman dili müəllimi işləmişdir.
1980-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində müxtəlif rəhbər vəzifələrində işləmiş, 1990-cı ildə Azərbaycan KP MK-nin İşlər müdiri vəzifəsinə təyin olunmuşdur. 1991-ci ildə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, fəal və səmərəli işinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 1991-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini, 2016-cı ildən 2021-ci ilin yanvarın 26-dək Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb.[1]
Ailəsi
redaktəEvlidir, iki övladı var.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.
Mənbə
redaktə- "Arxivlənmiş surət". 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-16.