Oqtay Bayramov - Wikipedia
Oqtay Bayramov (azərb. Oqtay Nəsib oğlu Bayramov; 1 yanvar 1945, Qazax) — Respublikanın əməkdar jurnalisti.[1]
Oqtay Bayramov | |
---|---|
Oqtay Nəsib oğlu Bayramov | |
Doğum tarixi | 1 yanvar 1945 (79 yaş) |
Doğum yeri | Qazax, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan → SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Pedaqoji Xarici dillər İnstitutu |
Fəaliyyəti | Jurnalist |
Mükafatları |
Həyat və fəaliyyəti
redaktəOqtay Bayramov 1945-ci ildə Qazax şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun İspan dili şöbəsini bitirib. 1966-1967-ci illərdə Kuba Respublikasında tərcüməçi işləyib. 1968-ci ildən 1995-ci ilədək “İdman” (“Sport”) qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1974-1992-cü illərdə redaktor müavini, 1992-1995-ci illərdə baş redaktorun birinci müavini olub. 1995-ci ilin noyabr ayından “Xalq qəzeti”ndə çalışır.
1980-1986-cı illərdə Yuqoslaviya, Çexoslovakiya, Macarıstan və Meksikada basketbol, həndbol və futbol üzrə Avropa və dünya çempionatlarının, 1993-cü ildə Hollandiyada gənclərin Avropa Olimpiya Həftəsini birbaşa yarış meydanında çəkiliş aparıb. Ailəlidir, 2 övladı var.
Mükafatları
redaktəAzərbaycan idmanının təbliğində və inkişafında xidmətlərinə görə respublikanın əməkdar jurnalisti, fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb. Həsən bəy Zərdabi mükafatı laureatıdır.
İstinadlar
redaktə- ↑ "Oqtay Bayramov". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.