Oqtay Qasimov Professor - Wikipedia
Oqtay Qasimov Professor - Wikipedia - Haqqında Məlumat
Qasımov Oqtay Kazım oğlu (4 avqust 1958, Zaqatala) — AMEA Biofizika İnstitutunun direktoru,[1] fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017).[2]
Oqtay Qasımov | |
---|---|
Qasımov Oqtay Kazım oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Zaqatala şəh. |
Vətəndaşlığı | Azərbaycanlı |
Atası | Kazım Qasımov |
Elm sahəsi | Fizika-riyaziyyat elmləri |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | |
Alma-mater | Bakı Dövlət Universiteti |
Həyatı
redaktəOqtay Qasımov 1958-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olmuşdur.
Yaradıcılığı
redaktəKitabları
redaktəMəqalələri
redaktə- Gasymov O.K., Mamedov Sh.V., and L’vov K.M. Free-radical processes in the mechanical destruction of proteins. Polymer Science USSR, rev. art., 1992, 34, 3, 196-204.
- Gasymov O.K., Abduragimov A.R., Yusifov T.N., Glasgow B.J. Structural changes in human tear lipocalins associated with lipid binding. Biochim.Biophys.Acta, 1998; 1386(1); 145-156.
- Gasymov O.K., Abduragimov A.R., Yusifov T.N., Glasgow B.J. Resolution of ligand positions by site directed tryptophan fluorescence in tear lipocalin. Protein Science, 2000, 9, 2, 337-343.
- Gasymov OK, Abduragimov AR, Yusifov TN, Glasgow BJ. Site Directed Tryptophan Fluorescence Reveals the Solution Structure of Tear Lipocalin: Evidence for features that confer promiscuity in ligand binding, Biochemistry, 2001, 40, 14754-14762.
- Gasymov OK, Abduragimov AR, Prasher P, Yusifov TN and Glasgow BJ. Tear Lipocalin: Evidence for a Scavenging Function to Remove Lipids from the Human Corneal Surface. Invest Ophthalmol Vis Sci., 2005, 43(10), 3165-73.
- Gasymov OK, Abduragimov AR, Glasgow BG. Intracavitary Ligand Distribution in Tear Lipocalin by Site-Directed Tryptophan Fluorescence, Biochemistry, 2009, 48 (30) 7219-7228.
- Gasymov OK, Abduragimov AR, Glasgow BG. PH-dependent Conformational Changes in Tear Lipocalin by Site Directed Tryptophan Fluorescence, Biochemistry, 2010, 49 (3), 582-590.
- Gasymov OK, Abduragimov AR, Glasgow BG. Excited Protein States of Human Tear Lipocalin for Low- and High-Affinity Ligand Binding Revealed by Functional AB Loop Motion, Biophysical Chem, 2010, 149(1-2), 47-57.
- Gasymov OK, Abduragimov AR, Glasgow BG. Cation-π Interactions in Lipocalins: Structural and Functional Implications, Biochemistry, accelerated publication, 2012, 51(14), 2991-3002.
- 10. Gasymov OK, Abduragimov AR, Glasgow BG. Double Tryptophan Exciton Probe to Gauge Proximal Side Chains in Proteins- Augmentation at Low Temperature, J Phys Chem B., 2015, 119(10), 3962-3968.
- Gasymov OK, Alekperov OZ, Aydemirova AH, Kamilova N, Aslanov RB, Bayramov AH, Kerimova A, Surface enhanced Raman scattering of whole human blood on nano-structured ZnO surface, Phys. Status Solidi C, 2017, 1600155.[3]
Əsas elmi nailiyyətləri
redaktə- Zülalların mexaniki dağılması zamanı ilkin sərbəst radikallı prosesləri, bu radikalların zəncirvarı foto- və termo-reaksiyalarını təyin etmişdir. Göstərmişdir ki, zülalların mexaniki dağılması zamanı ilkin act polipeptid zəncirində olan üç kovalent rabitədən yalnız birinin Calpa-C rabitəsinin homolitik qırılmasıdır (1982-1996).
- Zülalların üç-ölçülü məhlul quruluşunu təyin etmək üçün yeni “Nöqtəvi İdarə Olunan Triptofan Flüoressensiyası” (NİOTF) metodunu yaratmışdır (1997, 2001).
- İnsan buynuz qişasının səthində olan lipidlərin göz yaşı lipokalini zülalı tərəfindən təmizləməsinə dair sübutlar göstərmişdir (1999, 2005).
- NİOTF metodu ilə göz yaşı lipocalini zülalının 3 ölçülü məhlul quruluşunu vermiş (2001) və sonradan bu iş zülal kristalının rentgen-struktur analizi ilə təsdiq olunmuşdur (2005).
- NİOTF və Nöqtəvi İdarə Olunan Spin Nişanlanma metodları ilə göz yaşı lipocalini zülalının liqandla birləşmə mexanizmini, liqandın zülal cibliyi daxilində oriyentasiyasını, dinamikasını və paylanmasını göstərmişdir (2000-2010).
- NİOTF metodu ilə göz yaşı lipocalini zülalında mühitin pH-dan asılı konformasiya dəyişikliklərinin mexanizmini göstərmiş, zülalın AB-halqasında yerləşən Glu27 amin turşusunun protonlaşma halı ilə idarə olunan liqand birləşmə mexanizmini göstərmişdir. Bu iş həmin zülalın liqandla birləşmiş halında rentgen-struktur analizi ilə öz təsdiqini tapmışdır (2010).
- Göz yaşı lipokalini zülalının lipokalin ailəsi üçün dəyişməz olan disulfid rabitəsinin ligand birləşmə xassəsini modulyasiya etməsini göstərmişdir (2011).
- Zülallarda konformasiya dəyişikliklərini öyrənmək üçün yeni “Nöqtəvi İdərə Olunan Dairəvi Dixroizm” metodunu yaratmış və aşağı temperatur ölçülərinin üstünlüyünü göstərmişdir (2008, 2014).
- Lipokalin ailəsinə daxil olan zülallarda “kation-pi” qarşılıqlı təsirini analiz etmiş və onlar struktur-funksiya baxımından xarakterizə edilmişdir (2012).
- Flüoressensiya metodu ilə zülal-ligand birləşməsini tədqiq etmək üçün birbaşa modelsiz metod təklif etmişdir (2014).
- Zülalların yaxın yan zəncirlərini qiymətləndirmək üçün “qoşa triptofan eksitonu” metodunu təklif etmiş, onun imkanlarını göz yaşı lipokalini zülalının misalında göstərmişdir (2015).
- Müxtəlif səth gücləndirilmiş (plasmon) Raman spektroskopiyası vasitəsi ilə bütöv insan qanı və qan plasmasını tətdiq etmiş, resonans güclənmə hadisəsini qeyd etmiş, spektral zolaqların güclənmə xassəsini göstərmişdir. Bu sistemin insanın müxtəlif xəstəlik halında diaqnostik alət kimi istifadəsinin mümkünlüyünü göstərmişdir (2015-2016).
İstinadlar
redaktə- ↑ "Biofizika İnstitutu". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-28.
- ↑ "Biofizika İnstitutu". 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-28.
- ↑ "Qasımov Oktay Kazım oğlu". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-28.