Ordu Generali Azerbaycan - Wikipedia
Ordu generalı — Azərbaycan Silahlı Qüvvələrində ən ali hərbi rütbə.[1]
Ordu generalı | ||
---|---|---|
| ||
Ölkə | Azərbaycan | |
Təsis edilib | 5 sentyabr 1991 | |
Yuxarı rütbə | yoxdur | |
Aşağı rütbə |
General-polkovnik, Admiral |
|
Analoji rütbə |
Həqiqi dövlət müşaviri, Həqiqi dövlət ədliyyə müşaviri, Həqiqi dövlət gömrük xidməti müşaviri, Həqiqi dövlət vergi xidməti müşaviri |
Haqqında
redaktəOrdu generalı hərbi rütbəsi NATO təsnifatındakı "OF-9" ranqına, habelə dörd ulduzlu general rütbəsinə uyğundur.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ordu generalı üçün həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilmir.
Təsnifatı
redaktə"Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən ordu generalı hərbi rütbəsi Azərbaycanda dövlət qulluğundakı həqiqi dövlət müşaviri ixtisas dərəcəsinə, prokurorluq və ədliyyə orqanlarındakı Həqiqi dövlət ədliyyə müşaviri, gömrük orqanlarındakı həqiqi dövlət gömrük xidməti müşaviri, vergi orqanlarındakı həqiqi dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə uyğundur.[2]
Fərqlənmə nişanları
redaktəOrdu generallarının poqonlarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi əvəzinə rəngli təsvirdə Azərbaycan Respublikasının Dövlət Gerbi yerləşdirilir. Gerbin ölçüləri 45x50 mm-dir. Poqonlarındakı üzərində ölçüsü 30 mm olan 1 ədəd səkkizguşəli ulduz vardır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycanda yalnız bir ordu generalı var". Novator.az (az.). 2017-08-22. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-10.
- ↑ ""Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında". e-qanun.az (az.). İstifadə tarixi: 2024-12-10.