Oreadalar Buqro - Wikipedia
Oreadalar (fr. Les Oréades) - tanınmış rəssam Vilyam Buqro tərəfindən 1902 - ci ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri.[1]
Oreadalar | ||
---|---|---|
Les Oréades | ||
| ||
Rəssam | Vilyam Buqro | |
Tarixi | 1902 | |
Üslubu | mifologiya rəssamlığı[d], nü | |
Ölçüləri | 237,5 sm × 181,5 sm | |
Materialı | Yağlı boya, kətan | |
Saxlanıldığı yer | Musée d'Orsay | |
İnventar nömrəsi | RF 2010 4 | |
Vikianbarda əlaqəli mediafayllar |
Oreadalar dağ və mağara (mağara oreadalarından ən məşhuru Exodur) nimfalarıdırlar. Onlar adətən şən qrup şəklində qaban və ya quş ovlayarkən, ya da özlərinə sevgili axtararkən təsvir edilirlər. Diananın çağırışı ilə onlar heyranedici şənlik təşkil edirlər.
Salonun 1902 – ci il kataloqunda Buqronun çəkdiyi "Oreadalar" əsərinin izahı aşağıdakı kimi verilmişdir: "Kölgələr dağılır; günəş parıldamağa başlayır, dağların zirvəsi çəhrayı rəng alır. Bu zaman bütün gecəni meşənin qaranlıq kölgələri arasında keçirən nimfalar dəstəsi meşədən çıxaraq çaya tərəf irəliləyir, suda şənlənir və səmaya qalxırlar. Onları faunlar təəccüb içində izləyirlər. Beləcə yenidən öz real mahiyyətinə qovuşan tanrılar ruhani məkanı doldururlar." [2]
Bu əsərlə Buqro özünün akademik rəssamlıq sahəsindəki bacarığını və ideallarını göstərmişdir. Bu uçan qadın fiqurları ilə Buqro tam cəsarətlə yaradıcı və şairanə baxışlarını sərgiləməklə bərabər eyni zamanda alatoran fon əsasında qadınların gözəlliyini də qabartmışdır.
İstinadlar
redaktə- ↑ "The Oreads, 1902". 2017-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-09.
- ↑ "William-Adolphe Bouguereau, The Oreads (Les Oréades)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-11.