Orleanli Filippina Yelizaveta - Wikipedia
Orleanlı Filippina Yelizaveta (fr. Philippine-Élisabeth d'Orléans; 18 dekabr 1714[1][2], Versal – 21 may 1734[1][2], Paris) — Orlean hersoqu II Filippin qızı, Berri hersoqinası.
Orleanlı Filippina Yelizaveta | |
---|---|
fr. Philippine-Élisabeth d'Orléans | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 dekabr 1714[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 21 may 1734[1][2] (19 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Təbii çiçək |
Fəaliyyəti | əsilzadə |
Atası | II Filipp (Orlean hersoqu) |
Anası | Burbonlu Fransiska Mariya |
Vikianbarda əlaqəli mediafayllar |
18 dekabr 1714-cü ildə Versal sarayında dünyaya gəldi. Atası Orlean hersoqu II Filipp, anası isə Fransa kralı XIV Lüdovikin nigahdan kənar qızı Fransiska Mariyadır. Hələ bir yaşında ikən babası XIV Lüdovikin vəfat etdi və atası II Filipp uşaq kral XV Lüdovikin naibi olaraq təyin edildi. Ancaq onun naibliyi İspaniya ilə müharibəyə səbəb oldu. Bu hadisələrin ardından II Filipp kralın adına 9 yanvar 1719-cu ildə müttəfiqləriylə birlikdə İspaniyaya müharibə elan etdi. Əldə edilən hərbi uğurların sonunda tərəflər 17 fevral 1720-ci ildə Haaqada sülh imzaladı və Utrext sülhünün şərtləri yenidən təsdiqləndi. İki dövlət arasındakı sülhün gücləndirilməsi məqsədilə 3 siyasi evlilik planlaşdırıldı. Bu plana əsasən, uşaq kral XV Lüdovik ispan kralının qızı Marianna Viktoriyayla, naibin qızları Luiza və Filippina ispan kralının oğulları Luis və Karlla nişanlandı. Ancaq bu nişanlardan yalnız biri - infant Luislə Luiza Yelizavetanın nişanı evliliklə tamamlandı.
Naibin böyük qızı Luiza Yelizaveta və infant Luisin nigahları isə 1721-ci ilin noyabrında qiyabi halda bağlandı və 12 yaşlı qızcığaz bacısı Filippina ilə birlikdə Madridə göndərildi. Fransız qızları Madriddə olduqca soyuq qarşılandı. İspaniya kraliçası və infantın ögey anası olan İzabella Farnezenin etirazlarına baxmayaraq cütlük 20 yanvar 1722-ci ildə Madriddə evləndi. Ancaq Haaqa sülhünün tezliklə pozulması səbəbilə, uşaq kral XV Lüdovikin nişanlısı Marianna Viktoriya dərhal Madridə geri göndərildi. Buna cavab olaraq naib II Filippin kiçik qızı Filippina da Parisə göndərildi və 2 dövlət arasındakı münasibətlər yenidən pisləşdi.
Sonrakı illərdə keçmiş nişanlısı ilə yenidən evlənməsi müzakirə edilsə də, bu baş tutmadı. 21 may 1734-cü ildə çiçək xəstəliyindən vəfat etdi.
Mənbə
redaktə- Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press.
- Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan. Harvard University Press.
- Booton, Diane E. (2016). Manuscripts, Market and the Transition to Print in Late Medieval Brittany. Taylor & Francis.
- DeSilva, Jennifer Mara (2015). The Sacralization of Space and Behavior in the Early Modern World: Studies and Sources. Routledge.
- Emerton, Ephraim (1917). The Beginnings of Modern Europe (1250–1450). Boston: Ginn & Co.
- Gallo, F. Alberto (1995). Music in the Castle: Troubadours, Books, and Orators in Italian Courts of the Thirteenth, Fourteenth, and Fifteenth Centuries. University of Chicago Press.
- Henneman, John Bell (2018). Olivier de Clisson and Political Society in France Under Charles V and Charles VI. University of Pennsylvania Press.
- Knecht, Robert (2004). The Valois: Kings of France 1328–1589. Hambledon Continuum.
- de Mesquita, Daniel Meredith Bueno (1941). Giangaleazzo Visconti, Duke of Milan (1351–1402): A Study in the Political Career of an Italian Despot. Cambridge at the University Press.
- Rohr, Zita Eva (2016). Yolande of Aragon (1381–1442) Family and Power: The Reverse of the Tapestry. Palgrave Macmillan.
- Sumption, Jonathan (2016). The Hundred Years War. Vol. 4: Cursed Kings. University of Pennsylvania Press.
- Veenstra, Jan R. (1998). Magic and Divination at the Courts of Burgundy and France: Text and Contest of Laurens Pignon's "Contre le devineurs (1411)". Brill.
- Welch, Evelyn S. (1995). Art and Authority in Renaissance Milan. Yale University Press.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Lundy D. R. Philippine Elisabeth d'Orléans // The Peerage (ing.).
- ↑ 1 2 3 4 Pas L. v. Philippine Elisabeth d'Orléans Mademoiselle de Beaujolais // Genealogics (ing.). 2003.