Ormesen - Wikipedia
Ormeşən — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Ormeşən | |
---|---|
ორმაშენი | |
41°24′17″ şm. e. 44°13′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.320 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1716[2] |
Ormeşən kəndi Gürcüstanın Borçalı mahalında bünövrəsi çox qədimlərdən qoyulmuş kəndlərdən biridir. Ormeşən sözü ormanlıq-meşəlik sözündən götürülmüşdür. Ormeşən kəndi dəniz səviyyəsindən 1896,6 metr yüksəkliyində olan Şindi dağının ətəyində, dörd tərəfi meşə ilə örtülü dəniz səviyyəsindən 1378,2 metr yüksəkliyində olan bir sahədə yerləşmişdir. Ormeşən kəndi cənubdan Az-Gəyliyən, Qızılkilsə, Şindilər, şərqdən Darvaz, qərbdən Baxçalar, Saca, Valgem (Kirovisi), Dağ Arıxlı kəndləri, şimaldan Çataqla (Xram SES) həmsərhəddir. Ormeşən kəndinin kənddə 200 hektardan çox əkin və biçənək, Şindi dağında 540 hektar biçənək. Şam düyədə 640 hektar otlaq, Sərxanda 500 hektara kimi otlaq, Marneuli şəhəri ilə Rustavi şəhəri arasında Yağılcada qışlağı olmuşdur. Bu torpaqlardan Ormeşən kəndi lazımı qaydada istifadə edirdi. Ormeşən kəndində köhnə məktəb 1936-cı ildə, təzə məktəb isə 1980-ci ildə tikilib istifadəyə verilmişdir. Bu məktəblər ziyalılar, dövlət qulluqcuları və müxtəlif sahələr üzrə mütəxəssislər yetişdirmişdir. Ormeşən kənd əhalisinin əsas məşğuliyyəti ağac ustalığı, bağçılıq, əkinçilik, kartofçuluq, heyvandarlıq, arıçılıq və ovçuluq olmuşdur.
Əlləz Vəliyev. (Ormeşənli). AYB Və AJB- nin üzvü. Prezident təqaüdçüsü.
Tanınmış şəxsiyyətlər.
redaktə- Bəkir Səməd oğlu Qaralov — Tanınmış ziyalı.
- Zahid İbrahim oğlu Qaralov — Görkəmli Pedaqoq və siyasi xadim.
- Zakir Bəkir oğlu Qaralov — Azərbaycan Respublikasının Baş Prokuroru, I dərcəli dövlət ədliyyə müşaviri.
- Məmməd Məhəmməd oğlu Vəliyev — Fəlsəfə doktoru.
- Şaban İbrahim oğlu Qaralov — Fəlsəfə doktoru.
- Ağamalı Məmmədalı oğlu Qaralov — Fəlsəfə doktoru.
- Xəlil Alı oğlu Vəliyev — Baş müəllim
- İsmayil Ali oğlu İsmayilov —Tanınmış ziyalı və pedaqoq.
- Xıdırnəbi Həmid oğlu Qaralov — İqdisadçı alim
- Hamlet Bəkir oğlu Qaralov — Diplomat.
- İlqar Zahid oğlu Qaralov — Hüquqşunas.
- Eldar Hüseyn oğlu Nəbiyev — Fəlsəfə doktoru.
- Bayram Həmid oğlu Qaralov — Pedaqoq. şair-publisist.Şair-publisist
- Əlləz Nəbi oğlu Vəliyev (Əlləz Ormeşənli) — Meşəçi, Yazıçı-publisist, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü.
- Mahmudov Qəşəm — Polkovnik. Qarabağ Qazisi.
- Həmid Ormanlı( Həmid Bayram oğlu Qaralov) — Mühəndis, publisist
- Fərid Əziz oğlu Qaralov- tanınmış uzman-həkim, tibb üzrə fəlsəfə doktoru
- Mahmud Fərzalı oğlu Hümbətov Tanınmış alim, dossent, ictimai fəal.
Mənbə
redaktə- Vəliyev Ə. N. Borçalıda qədim Ormeşən eli. Bakı: "Nərgiz-R" NPf, 2011, 356 s.
- Ulu baban kim olub ?. V kitab (Zol-Göyəc, Abdallı, Aşağı və Yuxarı Güləvər, Dəmirli, Qaradaş, Babakişilər, Dəllər, Sarıməmmədli, Örmeşən və Qızılkilsə kəndləri - XIX yüzilə aid kameral təsvirlər). Tərtib edənlər: V. Hacılar, F. Valehoğlu. Bakı: "Kooperasiya" nəşriyyatı, 2019, 64 s.