Ornitoloji Turizm - Wikipedia
Ornitoloji turizm — müxtəlif quş növlərini təbii mühitlərində müşahidə etmək məqsədiylə baş tutan turizm fəaliyyəti. Ekoloji turizmin növlərinə aid olan ornitoloji turizmin inkişafına quşlar haqqındakı sənədli filmlər, teleskop və dürbün kimi avadanlıqların çox baha olmaması, müxtəlif dövlətlərin həvəsləndirici proqramları müsbət təsir göstərir.[1] Ornitoloji turizmdə müşahidə olunan quşlar qəfəsə salına, əhlilləşdirilə, yaxud gəlir əldə etmək məqsədilə quş fermalarında saxlanıla bilməz.[2]
Türkiyədə ən çox bu ərazilərdə ornitoloji turizm inkişaf etmişdir: Qızılırmak deltası, Marmara hövzəsi, Meriç hövzəsi, Konya qapalı hövzəsi, Dəclə hövzəsi, Antalya hövzəsi, Burdur qapalı hövzəsi, Yumurtalıq gölü, Manyas quş cənnəti, Şərqi və Qərbi Qaradəniz hövzəsi və s.[3]
İstinadlar
redaktə- ↑ "Ornitoloji turizm perspektivləri". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
- ↑ Quatemalada quş müşahidəçiliyi destinasiyalarının inkişafı üçün davamlılıq kriteriyaları
- ↑ Quş müşahidəçiliyi