Orqanizmlerin Koloniyasi - Wikipedia
Orqanizmlərin koloniyası
- Bir növ orqanizmlərin daimi və ya müvəqqəti birgə yaşayan qrupu, onlardan hər biri ayrılıqda yaşamaq qabiliyyətinə də malikdir. Lakin evolyusion qonşuluqda yaşamağa alışaraq biri digərindən fayda alır.
- Oturaq həyat keçirən orqanizmlərin daimi sığınacaqda məskən salması (bəzi yarasa növləri, qarışqalar və s.).
Heyvanların koloniyası
redaktəHeyvan koloniyası olduqca müxtəlifdir:
a) tək-tək formaların sadə ərazidə yığışması;
b) Koloniyanın mürəkkəb forması-məskunlaşmış heyvanlar bir neçə funksiyanı birgə (əlbir) yerinə yetirir (düşməndən müdafiə, ehtiyat siqnalı). məs., qağayı, kayra, qaranquş, dolaşa, albatros;
v) həşərat birliyinə xarakterik olan olduqca mürəkəb kaloniya tipi (termitlər, qarışqalar, arılar və s.).
Belə koloniya ana və qız ailələrindən ibarət olub qohumluq əlaqəsini nizamlayır. Bu vaxt həşəratlar bir çox əsas funksiyanı birgə yerinə yetirir (çoxalma, müdafiə, özünü və nəslini yemlə təmin etmək və s.). Bu zaman fərdlər və yaş qrupları arasında məcburi əməkbölgüsü yerinə yetirilir. Kaloniyanın üzvləri biri-birilə daimi məlumat mübadiləsi əsasında fəaliyyət göstərir.