Orxan Fikretoglu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Orxan Fikrətoğlu (Sadıqov Orxan Fikrət oğlu; 21 mart 1966, Bakı) — azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist,Əməkdar incəsənət xadimi. Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri (2023).
Orxan Fikrətoğlu | |
---|---|
Orxan Fikrət oğlu Sadıqov | |
Doğum adı | Orxan Sadıqov |
Doğum tarixi | 21 mart 1966 (58 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Fikrət Sadıq |
Anası | Sevil Sadıqova |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist |
Fəaliyyət illəri | 1988-ci ildən |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəOrxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983–1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnstitutunu bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası MİR Teleşirkətinin direktor müavini, Mozalan Satirik Kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. On dörd bədii , üç publisitik kitabın müəllifidir.
İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Onlarla bədii filmin ssenari müəllifidir. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir çox dünya ölkələrində çap olunub. "Yeddi" romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri "Dünya Nəsr Antalogiyasına" düşüb.
Orxan Fikrətoğlunun, "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi " pyesləri ölkə teatrlarında səhnələşdirilib. Ssenariləri əsasında onlarla film çəkilib.
2023-cü ildə Mədəniyyət nazirinin müşaviri təyin edilib. Həmçinin həmin ilin dekabr ayından Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktorunun vəzifəsini icra edir.[1]
Ailəsi
redaktəŞair Fikrət Sadığın oğludur. Ailəlidir. Bir qızı var.
Mükafatları
redaktə- Prezident təqaüdçüsü (gənc nasir) (1998)
- Əməkdar incəsənət xadimi (2016)
- "UNİCEF"-in xüsusi mükafatı (2005)
- "Beynəlxalq Yalta Kinofestivalı"-nın birinci mükafatı (1995)
- Azərbaycan Mətbuat şurasının "Həqiqətə xidmətə görə" mükafatı (2006)
- BMT yanında Beynəlxalq Avrasiya mətbuat fomdunun fəxri diplomu (2016)
- "Qızıl Qələm" media mükafatı (2008)
- "Zirvə" mükafatı (2001)
- "Çingiz Mustafayev" adına mükafat (2003)
- IV Türk dünyası sinema günləri təşkilatının "Türk dünyasının kinosunda xidmətinə görə" mükafatı
- M. Müşviq mükafatı (2013)
- " Qızıl Pəri" mükafatı (2018)
- "Həsən bəy Zərdabi" adına Jurnalist Mükafatı (2019)
Kitabları
redaktə- "Dünya haqqında upuzun nağıl", Bakı:"Gənclik",1988.10000 tiraj
- "Səhər", Bakı:"Yazıçı",1991,5000 tiraj
- "Şirvan şəşəngisi", Bakı:"Yazıçı",1993.5000 tiraj
- " Ağ-qara hekayələr", Moskva:"Yunust",1993.5000 tiraj (Rus dilində)
- "Şəhidlər", Bakı:"Hərbi",1994.10000 tiraj (puplisistika)
- "Üçüncü günün adamı", Bakı:"Prizident təqaütçülərinin nəşri",1998.5000 tiraj
- "Köçərgi", Tehran:"Üfüq",1999.3000 tiraj (Fars dilində)
- "100 ilin kitabı"Bakı:"Elm və Təhsil"2001.1000 tiraj
- "Vaxt"Bakı:"Elm",2008.1000 tiraj
- "Suçlu Mələk"Daşkənd:"Muxabbet",2010.3000 tiraj
- "Ölü mətn"Bakı:"Qanun",2011.5000 tiraj
- "Tək", Bakı: "Elm və təhsil", 2014. 500 tiraj
- " Ölü Metn"İstanbul:"İz yayınları",2015.10000 tiraj (Türk dilində)
- "Kinopovestlər"Bakı:"Elm və Təhsil",2016.300 tiraj
- "Kinocizgilər". 2024[2]
Filmoqrafiya
redaktə- Ötən ilin son gecəsi (film, 1983) (işıqçı)
- Bəxt üzüyü (film, 1991) (ssenari müəllifi — Ramiz Əzizbəyli və Vaqif Səmədoğlu ilə birgə)
- Qəzəlxan (film, 1991) (kino redaktoru)
- Səs (film, 1993) (ssenari müəllifi)
- Ümid (film, 1995) (ssenari müəllifi)
- Yük (film, 1995) (aktyor)
- Solaxay (film, 1996) (ssenari müəllifi)
- Ağ kətandakı adam (film, 1998) (ssenari müəllifi)
- Ailə (film) (tammetrajlı bədii film)-redaktor
- Xalça nəğməsi (film, 1998) (Film Birinci Beynəlxalq Yalta Kinofestivalının baş mükafatını alıb) (ssenari müəllifi və rejissor)
- Qız qalası (film, 2000) (ssenari müəllifi)
- Ərazi (film, 2005) (ssenari müəllifi və rejissor)
- Yalan (film, 2005) (ssenari müəllifi)
- Azərbaycana namus və sevgiylə (film, 2006) (arxiv kadrlarda)
- Kəpənək (film, 2007) (ssenari müəllifi)
- Qanadlarıma sığal çək (film, 2008) (ssenari müəllifi)
- Borc (film, 2014) (əsərin müəllifi)
- Sonuncu akkord (film, 2017) (ssenari müəllifi)
- Əfsanə (film,2017) (ssenari müəllifi)
- Əliaçıq xəsis (film,2017) (ssenari müəllifi)
- Ölməz Murtuza (film, 2017) (ssenari müəllifi)
- Dönüş (film, 2018) — hərbi həkim İmran Qurbanov haqqında.
- Cümhuriyyətin 9 şəkli (film, 2018) (ssenari müəllifi)
Mənbə
redaktə- Şirindil Alışanlı. "Novruzəlinin qan qardaşı Xeybər". "Bizim söz" qəzeti, № 7 (14), 15 oktyabr 2010-cu il.
İstinadlar
redaktə- ↑ "Orxan Fikrətoğluna yeni vəzifə həvalə olunub". Report İnformasiya Agentliyi (az.). 2023-12-11. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
- ↑ Mədəniyyət TV. "Orxan Fikrətoğlunun "Kinocizgilər" adlı kitabında son 30 ildə qələmə aldığı əsərlər toplanıb" (az.). Youtube.com. 23.04.2024. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-24.