Osborn Reynolds - Wikipedia
Osborn Reynolds(ing. Osborne Reynolds; 23 avqust 1842, Belfast — 21 fevral 1912, Uotçet, Somerset qraflığı) — Böyük Britaniya mexaniki, fiziki.
Osborn Reynolds | |
---|---|
ing. Osborne Reynolds | |
Doğum tarixi | 23 avqust 1842[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 1912[1][2][…] (69 yaşında) |
Vəfat səbəbi | qrip[5] |
Elm sahələri | mexanika, hidravlika |
Tanınmış yetirməsi | Cozef Con Tomson[6] |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəElmi fəaliyyəti
redaktəFizikada xarakterinə görə maye və qazların hərəkətinin 2 növünü ayırd edirlər: laminar (sakit və hamar) və turbulent. Laminar axını, əsasən, nazik kapilyarda, və ya özlü mayelərdə (məsələn, duru yağda) müşahidə etmək olar. Turbulent hərəkət isə dayanıqlılıq itən zaman mövcud olur və bu hərəkəti əksər hallarda təbiətdə (atmosferdə, çaylarda, dənizlərdə), laboratoriya şəraitində (məs, plazmada), texnikada (neftin borularla daşınmasında), kimya sənayesində və s. müşahidə etmək mümkündür. Laminar hərəkətdən turbulent hərəkətə keçid ancaq böyük sürətlərdə mümkün olur və burada mayenin, və ya qazın keyfiyyət xarakteristikaları – sıxlığı və özlülüyü mühüm rol oynayır. Bu xarakteristikaları ingilis fiziki Osborn Reynolds (1842-1912) 1883-cü ildə “Reynolds ədədi” adlanan ölçüsüz ədəddə birləşdirdi. Reynolds ədədinin kiçik qiymətlərində hərəkət laminar olur. Bu ədəd kritik həddi keçdikdə isə, axın turbulentə çevrilir. Turbulentlik 2 qüvvənin - ətalət və özlülük qüvvələrinin qarşılıqlı mübarizəsinin nəticəsidir. Ətalət qüvvələri maye zərrəciklərini bir-biri ilə toqquşdurur, özlülük qüvvələri isə zərrəciklərin bir-birinə nəzərən yerdəyişmələrini tormozlamaqla, qeyri-müntəzəm hərəkəti tənzimləməyə çalışır. Ətalət qüvvələri özlülük qüvvələrini üstələyəndə turbulentlik baş verir. Turbulentliyin ən xarakterik əlaməti ondan ibarətdir ki, fəzanın müxtəlif nöqtələrində hərəkət edən mayenin parametrləri – sürətləri, təzyiqləri, sıxlıqları və s. birbirindən fərqli olur. Parametrlərdəki bu fluktuasiyaların (dəyişkənliklərin) olması, mayedə bütün axın boyu müxtəlif ölçülü burulğanların yaranması, onların öz yerlərini dəyişməsi və sönmələrinin nəticəsidir.
İstinadlar
redaktə Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Osborne Reynolds // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 https://iopscience.iop.org/article/10.1088/1742-6596/530/1/012001/pdf. S. 5.
- ↑ Рейнольдс Осборн // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ https://iopscience.iop.org/article/10.1088/1742-6596/530/1/012001/pdf. S. 14.
- ↑ https://personalpages.manchester.ac.uk/staff/jdjackson/Osborne%20Reynolds/oreynb.htm.