Osetiya Memarligi - Wikipedia
Osetiya memarlığı — əsrlər boyu yaradılan Osetiya xalqının bənzərsiz maddi mədəniyyətinin sübutları.
Osetinlərin məskunlaşdığı ərazidə çoxlu sayda memarlıq abidələri var ki, bunlardan ən diqqət çəkəni dağlıq zonada geniş yayılmış orta əsr qalaları və qüllələridir. Osetinlərin müdafiə məqsədi daşıyan tikililəri döyüş ("mæsıq") və yarı döyüş yaşayış qüllələri ("qænax"), qalalar ("qaluan"), qaya və mağara qalaları və çəpər divarları növlərinə bölünür. Bu tip abidələrin hər biri müəyyən tikinti üsulu, xüsusi planlaşdırma və konkret məqsədlə xarakterizə olunur. Osetiyada müxtəlif dərəcədə qorunmuş üç yüzdən çox qüllə qeydə alınıb ki, onlardan ən yaxşı qorunub saxlanılan döyüş qüllələridir, tarixi yaşayış binaları isə daha pis vəziyyətdədir. General İvan Abxazovun 1830-cu ildəki cəza ekspedisiyası zamanı çoxlu qüllələr və digər istehkamlar dağıldı və ya zərər gördü. Rəsmi sənədlərdə Darvaqs kəndindəki Şanaevlər qülləsi, Lamardonda Karsanovlar qülləsi, Çmi kəndindəki üç qüllə və Barzikau, Lats, Xidikus, Ualasıx kəndlərində bəzi binaların dağılması barədə məlumatlar qeyd olunub, bundan başqa sənədlərdə 10 yaşayış məntəqəsinin yandırılaraq dağılması da qeyd olunur.[2] Ayrıca, Osetiya qüllələri və qalaları Cənubi Osetiyaya edilən müxtəlif cəza yürüşləri zamanı kütləvi şəkildə dağıdılırdı.[3]
Kosta Xetaqurov "Osoba" (1894) etnoqrafik oçerkində Osetiya qüllələrinin ardıcıl olaraq dağıdılmasından bəhs edir:[5]
İndiki zamanda Nar çökəkliyində, eləcə də bütöv Osetiyada bir dənə də olsun salamat qala qalmayıb; onların hamısı rus hökümətinin sərəncamı ilə ötən əsrin qırxıncı və əllinci illərində dağıdılmışdı. |
Sərdabalar
redaktəMemarlıq abidələri arasında dəfn sərdabalarını ("zapadzı") də qeyd etmək lazımdır, hər soyun, ailənin öz sərdabaları, mavzoleyləri var idi.
Darvaqs kəndindən bir qədər aralıda, Raminıraq dağının yamacında, bütöv "Ölülər şəhəri"ni (IX-XVIII əsrlər) təşkil edən Qafqazın ən böyük nekropolu yerləşir.[4] Nekropolun memarlıq ansamblı üç əsas növə bölünən 97 fərqli quruluşdan ibarətdir: piramida şəkilli damı olan yerüstü sərdabalar, damı qoşaçatılı formada olan yerüstü sərdabalar və bir tərəfdən yamaca açılan daha kiçik ölçülü yeraltı sərdabalar. Sərdabaların hündürlüyü üç yarusa (içərisində taxta çatıları olan) qədər olurdu, plan üzərində onlar kvadrat şəklindədir.
Qalalar
redaktəQala ("qaluan") hündür divarlarla qorunan hərbi, yaşayış, təsərrüfat binalardan ibarət möhkəmləndirilmiş kompleksdir. Bu cür qalalarda, bir qayda olaraq, böyük feodallar və böyük patriarxal ailələr yaşayırdı. Qalalar ya əlçatmaz qayalar üzərində, yada dağ dərəsinə açılan yaxşı görünüş sahəsinə sahib yüksəkliklərdə inşa olunurdu. Döyüş qüllələri ilə birlikdə ərazi müdafiəsinin əhəmiyyətli bir hissəsini təşkil edən belə əzəmətli tikili ətraf ərazilər üzərində hökm edirdi. Çox vaxt qüllə və qala yaxınlığında kəndlər tikilirdi ki, sakinləri təhlükə yarandığı zaman binaya sığınsınlar. Bu cür komplekslərin inşasında ən çox fəallıq orta əsrlərdə başlamışdır.
Kriptlər
redaktəMemarlıq abidələri arasında yerləşən dəfn kriptləri (“zapadzi”) hər ailənin üzvləri üçün tikdirdiyi məqbərələrdir.
Darqavs kəndindən çox da uzaq olmayan Raminıraq dağının yamacında Qafqazın ən böyük nekropolu yerləşir və bütün kriptlər “ölülər şəhəri”ni (IX - XVIII əsrlər) təşkil edir. “Ölülər şəhəri”nin inşası dəhşətli bir vəba epidemiyası ilə əlaqələndirilir, Osetiya əhalisi o vaxt 200.000 -dən 16 min nəfərə düşür. Nekropolun memarlıq ansamblı üç əsas növə bölünə bilən 97 fərqli tikilidən ibarətdir: piramida formasında damı olan yerüstü kriptlər, üçbucaq formasında damı olan yerüstü kriptlər və bir tərəfi maili və çox daha kiçik olan yarım yeraltı kriptlər. Kriptlər kvadrat planlı olub üç mərtəbə hündürlüyünə qədər tikilmişdirlər.
Osetiyalıların demək olar ki, hər bir dağ yaşayış məntəqəsinin yaxınlığında bəzən nekropol təşkil edən bir neçə kript inşa edilmişdir. Bir qayda olaraq kənar məhəllələrdə, bir-birindən çox da uzaqda olmayan məsafələrdə tikilmişdirlər, lakin çox vaxt yaşayış massivi boyunca yayılmış demək olar ki, hər bir evə bitişik formada inşa edilmişdirlər. İçəridə, kript növündən asılı olaraq, taxta döşəmə ilə bir neçə mərtəbəyə bölünmüşdür. Hər mərtəbəyə kiçik bir kvadrat formasında olan keçidlə daxil olmaq mümkün idi. Osetiyada səyahət edilə bilən çaylar olmasa da, ölülərin Qafqazın heç bir yerində olmadığı kimi bəzən avarla təchiz olunmuş kiçik gəmilərə yerləşdirilməsi təəccüblüdür. Bu, osetinlər arasında dəfn edilməsinə dair çox az öyrənilmiş qədim bir kultun olması ilə izah olunur. Kriptlər çox uzun bir müddət ərzində istifadə edilmiş və bütün dağlı nəsilləri üçün son sığınacaq olmuşdur.
İstinadlar
redaktə- ↑ "ПАМЯТНИКИ КУРТАТИНСКОГО УЩЕЛЬЯ". www.darial-online.ru (rus). 2005-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-01.
- ↑ "Осетины — Аликов (Алыккаты) Хазби". ossetians.com. 2016-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-01.
- ↑ "Коцты Бега " Кавказ". kvkz.ru (rus). 2008-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-01.
- ↑ 1 2 "Город мертвых". www.osetia.su. 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-01.
- ↑ "ОСОБА (Этнографический очерк) — Коста Хетагуров". hetagurov.ru (rus). 2011-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-01.