Oskar Mukafati 1928 - Wikipedia
Mayın 16-sı, 1929-cu ildə Kaliforniya Ştatının, Los-anceles şəhərində, Hollivud Ruzvelt Mehmanxanasında Kinofilm İncəsənət və Elm Akademiyası (AMPAS) tərəfindən təqdim olunan 1-ci Oskar mərasimi keçirilmişdir. Mərasimdə 1927 və 1928-ci ilin ən yaxşı filmləri seçilib mükafatlandırılmışdır. Mərasim AMPAS prezidenti Duqlas Ferbenks tərəfindən keçirilmişdir. Biletlərin qiyməti 5 $, (inflyasiya nəzərə alaraq, 2016-cı ildə 69 dollar olub) 270 nəfəri tədbirdə iştirak edib və təqdimat mərasimi on beş dəqiqə davam edib. Mükafatlar Lui B. Mayer, Pictures Korporasiyasının (hazırda birləşmiş Metro-Goldwyn-mayer--) banisi tərəfindən hazırlanıb. Bu radio və ya televiziya vasitəsilə yayımlanmayacaq tək Akademik Mükafatlandırma mərasimi idi.
1-ci Oskar film mükafatı | |
---|---|
Tarix | 16 may 1929 |
Ölkə | ABŞ |
Aparıcı(lar) | Duqlas Ferebinks |
Keçirilən yer | "Ruzvelt-otel" |
Əsas məlumatlar | |
Ən yaxşı Film | Qanadlar |
Ən çox mükafat alan film | 7th Heaven and Sunrise (3) |
Ən çox nominasiya üzrə mükafat alan film | 7th Heaven (5) |
ABŞ Telrkanalları | |
Vaxt | 15 dəqiqə |
Oskar mükafatı | |
1-ci & 2-ci |
Mərasim zamanı AMPAS on iki nominasiya üzrə Oskar (indi, adətən, Oskar adlandırırlar) təqdim edib. Qaliblər canlı tədbirdən üç ay əvvəl elan edilib. Bəzi nominasiyalar müəyyən bir filmə istinad etmədən Mühəndis Effektləri nə görə Ralph Hammeras və Nugent Slaughterə təqdim edildi.