Osmanli Arxivi - Wikipedia
Osmanlı arxivi — Osmanlı imperiyasının ilk illərindən süqutuna qədər keçən müddətdə imperiyanın imzaladığı müqavilələr, yazılan dəftərlər və digər sənədlərin yer aldığı, baş nazirə tabe olan arxivdir.
Arxiv, hazırda rəsmi olaraq Türkiyə baş nazirinin Osmanlı arxivi adlandırılır və Türkiyə Cümhuriyyəti Baş nazirinin Dövlət Arxivləri Baş İdarəsinə tabedir. Arxivin mühafizə edildiyi kompleks İstanbulun Kağıthane rayonunda yerləşir.
Osmanlı imperiyasının 600 ildən uzun müddət hökm sürdüyü Balkanlardan Orta Şərqə, Krımdan Şimali Afrikaya uzanan torpaqlarda mövcud olan 40-dan artıq ölkənin tarixi ilə bağlı məlumatlar saxlaması cəhətdən mühüm informasiya mənbəyidir. Saxlanılan 95 milyon sənədin hamısı osmanlıca yazılmışdır.
Tarixi
redaktəOsmanlı dönəmi
redaktəArxiv, ilk dövrdə Yeddiqüllədə saxlanan arxivlər daha sonra Topqapı Sarayının içində və Sultanəhməd yaxınlığında yerləşən binalara köçmüş, sağlam olmayan şəkillərdə mühafizə edilmiştir. İmperiyanın ilk illərindən 14-cü əsr sonlarına qədər keçən müddətdə arxivlənən sənədlər yox deyiləcək qədər azdır. II Mehmedin səltənətinin başlanğıcı ilə XVI əsrin ortalarına qədər keçən iki yüz illik müddətdə isə bir neçə dəftər və təxminən yüzə qədər sənəd arxivlənmişdir. Osmanlı arxiv işinin nizama qoyulması ancaq Qanuni Sultan Süleyman dövründə baş vermişdir. I Süleymanın səltənəti və sonra hər bir müqavilə, dəftər və bütün sənədlər qorunmağa başlanmıştır.
XVIII əsrin sonlarına qədər arxiv üçün xüsusi bir bina təsis edilməmiş, sənədlər lazım gələndə asanlıqla çatılması üçün kisə, torba və sandıqlara yerləşdirilmiş, mühafizəyə əlverişsiz zirzəmilərdə dağınıq bir şəkildə saxlanmışdır. Bu dövrdə bir sıra işlər görülsə də müasir arxiv işi üçün ilk addım 1845-ci ildə qoyulmuşdur. Tənzimatla birlikdə başlayan modernləşmə prosesi arxiv işi anlayışına da əks olunmuşdur. 1846-cı ildə Kansler Ər Mustafa Rəşid Paşa tərəfindən Xəzinə Sənəd İdarəsi yaradılmış, arxiv üçün də Babı Əli içərisində bir bina inşa ettirilmiştir. 1848-ci ildə başlayan Xəzinə Sənəd binası tikintisi Darülfünunun memarı Fossati Qardaşlar tarafından 1849-cu ildə başa çatmasına baxmayaraq, rütubətini yaxşıca çəkməsi üçün bir il boş buraxılmış, sənədlər 1850-ci ildə yeni binaya köçürülüb təsnif edilmişdir. Ər Mustafa Rəşid Paşa beləliklə müasir Osmanlı arxiv işinin aparıcısı olmuşdur.
Cümhuriyyət dönəmi
redaktəcünhuriyyət qurulduqdan sonra da sənədlərin təsnif əməliyyatları illərlə sürüb. 1925-ci ildə Xəzinə Sənədin məhdud heyəti tərəfindən təsnifatı davam etmiş, 1932-ci ildə Müəllim Cövdət başkanlığı altında yeni bir nümayəndə heyəti yaradılmış, 1936-cı ildə isə Layoş Feketenin çalışmalarıyla yeni bir təsnif sistemi yaradılmışdır. Son böyük təsnif prosesi 1987-ci ildə başlamış, arxiv bu işlərlə rəqəmsal mühitə keçirilməyə başlanmışdır. 1987-1992-ci illər arasında təsnif edilən sənəd miqdarı əvvəlki 140 illik müddətdə təsnif edilən sənədlər ilə bərabər miqdardadır. 1987-2012-ci illər arasında keçən müddətdə isə 45 milyon sənəd təsnif edilmişdir. Bunların 5 milyonu isə rəqəmsal formaya yerləşdirilmişdir.
Osmanlı Arxivi respublika dövründə müxtəlif adlar almış, 1927-ci ildə baş nazirliyə bağlanmış və son olaraq 1984-cü ildə Türkiyə Cümhuriyyəti Baş Nazirin Dövlət Arxivləri Baş İdarəsi Osmanlı Arxivi Dairə Başkanlığı adını almışdır.
2011-ci ildə yeni arxiv binası tikintisi başlamış, 1 İyun 2013-cü il tarixində isə açılışı keçirilərək xidmət verməyə başlanmışdır.
Arxivdəki materiallar
redaktə95 milyon fərqli sənəd olan Osmanlı Arxivində üç əsas material növü vardır. Bunların ən geniş yer tutanı 93 milyona yaxın qeydiyyat ilə evraklardır. Divanı Hümayun qeydləri, sadaret, nəzarət, yerli hakimiyyət yazışmaları, təbəələrin dövlət böyüklərinə göndərdiyi istək məktubları, xarici dövlətlərlə aparılan danışıqlar və padşah fərmanları da daxil olmaq üzrə bütün dövlət yazışmaları sənədlərə daxildir. Sənədlərin ardından 366 min qeydiyyat ilə dəftərlər arxivin ikinci geniş hissəsini təşkil edir. Divanı Hümayun qərarlarının qeyd edildiyi Mühümə dəftərləri, dövlətin əsgər sayı, vergi gəlirləri kimi statistikaların qeyd edildiyi Tapu Təhrir Dəftərləri və XIX əsrdən sonra tutulmağa başlanan etnik, əhali quruluşlarının qeyd edildiyi Əhali Dəftərləri ən mühüm dəftər bölümləridir. Üçüncü material növü isə xəritələr, layihələr və fotoşəkillərdir. Dövr xəritələri, inşa ediləcək dəmir yolu, dini bina, körpü və s. inşa planları bunlara daxildir.