Osnekeran - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Osnəkəran — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Osnəkəran | |
---|---|
38°52′37″ şm. e. 48°14′51″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Yardımlı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.001 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəOsnəkəran Yardımlı ərazisindəki "ğaran"la bitən mürəkkəb formalı oykonimlər əvvəlki ədəbiyyatlarda "kəran" şəklində qeyd olunmuşdur ki, bu da topninimin talış dilində izahını nəzərdə tutmuşdur. Bu tamamilə yanlış yanaşmadır. Bu fakta "Azərbaycan SSR inzibati-ərazi bölgüsü"(1961) və ikicildlik "Azərbaycan toponimlərinin ensklopedik lüğəti"ndə də (2007) rast gəlirik. Talış dilində Kəran sözü koon, yəni, kə + on "evlər" mənasında izah olunur. Lerik rayonu ərazisindəki Osnakücə oykonimi də "osna" sözü ilə bağlı olub "dəmirçi məhəlləsi" anlamındadır. Osnağaran toponimi talış dilində osın və kəran şəklində izah edilir. Osın-"dəmir", kəran isə "evlər". Akad. B. Budaqov da sözügedən toponimi bu şəkildə izah etmişdir.(www.budaq.com).
Tədqiqatçılara görə, vaxtilə evlərin üstü tənəkə ilə örtüldüyü üçün belə adlandırılıb. Mənbələrə görə, kəndin əvvəlki adı Dəmirevlər olmuşdur. Bəzi tədqiqatçılar buradakı dəmir sözünü möhkəm, cəsur mənasında izah edir. Biz bu fikirdə deyilik. Həqiqətən də kənd ərazisində bəzi imtiyazlı, nüfuzlu şəxslərin evlərinin üstü dəmirlə (tənəkə) örtüldüyünə və digər evlərdən xüsusi seçildiyinə görə kəndin ilk adı Dəmirevlər adlandırılmışdır. Talış xanlığı zamanında bu əraziyə ilk dəfə gələn talışlar həmin evləri görüb "osnakoon", yəni osnəkəran adlandırmışlar. Başqa sözlə desək, sənədləşmə işlərinə baxan həmin məsul şəxslər kəndin adını (Dəmirevlər) kalka yolu ilə osnakəran kimi qeydiyyata almış və kənd sonralar rəsmi şəkildə Osnakəran adlandırılmışdır. Onu da demək lazımdır ki, Lənkəran bölgəsində "kəran" sonluqlu adlar daha çoxdur: Səpinəkəran, Şıxəkəran, Gilokəran, Sufridkəran, Seydəkəran və s. B. Sultanlı Osnağaran toponimi haqqında yazır: "Os (as//uz) əski türk tayfalarından birinin adıdır. "Osnağaran" sözünün ikinci hissəsi – "nağaran" sözü isə türkcə "qəmsiz", "kədərsiz", "şən", "toylu-düyünlü" deməkdir. "Osnağaran" sözü anlamca "os"lara (as//uz) məxsus toy-düyünlü yer"i ifadə edir."("Təkdam" qəz.,2008) R. Eyvazova bu barədə yazır: "Qədim türk tayfa adlarının az, uz, quz, oğuz- həm etnik varlıq, həm də leksik vahid olaraq bir mənşədən törəməsi türkologiyada məlum məsələlərdəndir. Biz Oruzqan//Uruzqan toponiminin birinci komponentini də həmin adlarla bağlayıb eyni mənşəli hesab edirik.[1]
1893-cü ilə aid xəritədə Lənkəran qəzasında Osanaqaran oykonimi göstərilmişdir. Yardımlı ərazisində "ğaran"la yaranan toponimlərin ayrı-ayrı mənalarda – "ağaran", "nağaran" variantlarında olması inandırıcı deyildir. Uz / us- tayfa adından başqa, türk dillərində zirvə, yüksəklik, çay, su, şəhər, qala, kənar, sərhəd, ağız, hasar və s. mənalarda da işlənir.[2] Əgər birinci faktı nəzərə almasaq, toponimi "Uca yerlər", "Qala yerləri" və s. mənalarda izah etmək mümkündür. Dəmirevlər rayonun qədim yaşayış məntəqələrindən biridir. Hələ VIII əsrdə Yəməndən Ərdəbil və ətraf ərazilərə miqrasiya etmiş ərəb tayfaları arasında seyyidlərin indiki Osnağaran kəndinə köç etməsi burada yaşayışın daha qədim olduğunu göstərir. Z. Bünyadov yazır ki, Azərbaycana ilkin köçürülmüş ərəb tayfaları ilə VIII yüzilliyin ortalarında köçürülməyə başlamış yəmənlilər arasında toqquşmalar, silahlı mübarizələr yarandı. Sual meydana çıxır ki, onlar arasında baş verən toqquşmaların məqsədi nə idi? Bu tayfalar həmişə bir-biri ilə düşmənçilik etdiklərinə görə aradan çox keçmədən onların köhnə ədavəti burada yenidən başlandı. Ancaq Azərbaycan və Arranda bu ədavət daha yaxşı torpaq və biçənəklər üstündə bərk qızışdı.[3]
Müəllif daha bir maraqlı faktı da qeyd edir: Azərbaycandakı ərəblər ərəb mədəniyyəti mərkəzləri ilə əlaqəni itirdikdən sonra tədriclə ana dili və adətlərini unutmağa başlayıb, yerli türk əhalinin dilində danışmağa keçdilər, onlarla qaynayıb qarışaraq onların həyat tərzini, geyim, yemək və s.-ni qəbul etdilər. Bunların hamısına onların ümumi din olan İslam dininin etdiyi kömək az olmadı. (s.168) M. Nəzərli yazır ki, Azərbaycana gətirilən yəmənlilər şiə məzhəbli ərəb tayfaları idi, onların arasında seyyidlər də olmuşdur. Azərbaycanın cənub bölgəsində yerləşən Yardımlı rayonunda hal-hazırkı Osnağaran kənd ərazisində məskunlaşan seyyidlər (xüsusilə tək seyyidlər) özlərini Yəmən ölkəsindən gəldiklərini söyləyirlər. Məhz bu baxımdan Yəmən ölkəsindən, yaxud yəmənli ərəb tayfalarının, yəmənlilərin vətənimizə gəlişini tarixi faktlar VIII yüzilliyin qismətinə aparıb çıxarır.[4] Həzrəti Əlinin nəvələrindən biri olan şiələrin VII imamı Həzrəti Museyi- Kazımın nəslindən olan bu alicənab insanların – seyyidlərin Yardımlıya ilk gəlişi indiki Osnağaran kəndinə olmuşdur. Alicənablıq məziyyətlərini özündə birləşdirən seyyidlik cəmiyyətdə həqiqətlərin, haqqın və ədalətin məcmuyudur. Yardımlı rayonunda seyyidlərin yaşadığı coğrafi ərazilər Osnağaran, Sırıq, Pirenbel, eləcə də Televar və Bürzünbül kəndləridir.
Cənubi Azərbaycanın Ərdəbil nahiyəsi ərazisindən Yardımlı ərazisinə gələn ilk seyyid şəxs Seyyid Əli Məhəmməd Əl Musəvi-Əl Ərdəbili olmuşdur. (O, VIII əsrin sonu, IX əsrin əvvəllərində Ərdəbil nahiyyəsinə miqrasiya edən yəmənli ərəb tayfalarının bizə məlum olan bir nümayəndəsidir) Şiə ideoloqu olan bu alicənab şəxs öz övladı Seyyid Xurram ilə Yardımlı ərazisinə gəlmiş və bir sıra ideoloji dayaqlar yaratmaqla müəyyən siyasi məsələlərlə bağlı İrana, Ərdəbilə qayıtmışdı. Seyid Xurram isə Yardımlı ərazisində məskunlaşmışdı. (yenə orada. s.115–123). Seyyidlərin Dəmirevlər ərazisinə gəlişinə qədərki dövrdə həmin kəndin etnogenizində konkret hansı türk tayfasının iştirak etdiyini söyləmək çətindir. XV əsrdən sonra seyyidlərlə bağlı müstəqil (Dəmirevlərdən ayrılma) Seyyidlər etnooykonimi yaranmış və hər iki toplum (yerli türk və türkləşmiş seyyidlər) konsolidasiya şəraitində yaşamışlar. Həmin prosesin davamını bu gün də görmək olar.
İstinadlar
redaktə Yardımlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |