Otari Caparidze - Wikipedia
Otari Mixayloviç Çaparidze(gürc. ოთარ მიხეილის ძე ჯაფარიძე; 16 sentyabr 1921[1], Tiflis – 10 iyul 2020[2]) — sovet və gürcü tarixçisi, arxeoloq, tarix elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının akademiki. Tbilisi Dövlət Universitetinin rektoru. Tbilisinin fəxri vətəndaşı.
Otari Mixayloviç Çaparidze | |
---|---|
gürc. ოთარ მიხეილის ძე ჯაფარიძე | |
Doğum tarixi | 16 sentyabr 1921[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 10 iyul 2020[2] (98 yaşında) |
Vətəndaşlığı |
SSRİ Gürcüstan |
Milliyyəti | gürcü |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Tanınmış yetirməsi | Qüdrət İsmayılzadə |
Üzvlüyü |
Həyatı
redaktəOtari Çaparidze 1929–1939-cu illərdə Tiflisdəki 25 saylı orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra 1939-cu ildə Tbilisi Dövlət Universitetinə daxil olmuş, 1943-cü ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il aspiranturaya daxil olub. Çaparidze 1944–1950-ci illərdə Gürcüstan Dövlət Muzeyində kiçik elmi işçi işləyib. Bu dövrdə 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1950–1952-ci illərdə İvan Cavaxişvili adına Tarix İnstitutunda baş elmi işçi olub. Otari Çaparidze 1952-ci ildən Tbilisi Dövlət Universitetində dərs deyib, arxeologiya və etnoqrafiya kafedrasının assistenti olub. 1962-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.[3]
Otari Çaparidze 1964-cü ildə professor elmi adına layiq görülüb. 1967-ci ildə arxeologiya və etnoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Növbəti il, Arxeologiya və Etnoqrafiya şöbəsinin bölünməsindən sonra o, Arxeologiya kafedrasına rəhbər təyin olundu. O. Çaparidze təxminən üç onillik müddətində kafedraya rəhbərlik etmişdir. 1997-ci ilin noyabr ayından — Tbilisi Dövlət Universitetinin Arxeologiya kafedrasının professoru seçildi.
1979-cu ildə Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1993-cü ildə isə Akademiyanın həqiqi üzvü seçilmişdir.
Çaparidze 1991-ci il sentyabrın 13-dən oktyabrın 15-dək Tbilisi Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış, öz istəyi ilə tutduğu vəzifədən azad edilmişdir.
Otar Caparidze Gürcüstanın və SSRİ-nin aparıcı arxeoloqlarından biri idi. O, gürcü xalqının tarixinin ilkin mərhələlərində öyrənilməsində,[4] onun etnogenezinin öyrənilməsində böyük xidmətlər göstərmişdir.[5] Çaparidze 120-dən çox elmi məqalənin müəllifidir.
"Sovet Arxeologiyası" jurnalının redaksiya heyətinin üzvü olmuş, Gürcüstan Dövlət Mükafatı laureatı və Tbilisinin fəxri vətəndaşı kimi fəxri adları daşımışdır.
Əsərləri
redaktə- К истории грузинских племен на ранней стадии медно-бронзовой культуры. Тб., 1961 (на груз. яз. с русск. резюме). (rus.)
- К этнической истории грузинских племен по данным археологии. Тб., 1976 (на груз. яз. с русск. резюме). (rus.)
- Эпоха ранней бронзы в Закавказье. Кавказ и Средиземноморье. М., 1980; (rus.)
- На заре этнокультурной истории Кавказа. Тб., 1989. (rus.)
İstinadlar
redaktə- ↑ 1 2 Japʻariże, Otʻar, 1921-2020 // Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ 1 2 https://1tv.ge/news/gardaicvala-profesori-arqeologi-otar-jafaridze/.
- ↑ "Каталог РНБ". 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
- ↑ "Каталог РНБ". 2018-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
- ↑ "Каталог РНБ". 2018-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.