Oturan Iblis - Wikipedia
Oturan Iblis - Wikipedia - Haqqında Məlumat
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib.
Oturan iblis | ||
---|---|---|
rus. Демон (сидящий) | ||
| ||
Rəssam | Mixail Vrubel | |
Tarixi | 1890 | |
Üslubu | dini incəsənət[d] | |
Texnikası | Kətan, yağlı boya. 114x211 sm | |
Ölçüləri | 116,5 sm × 213,8 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Tretyakov qalereyası, Moskva | |
Vikianbarda əlaqəli mediafayllar |
İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir. Rəssam bu effektə mastixinlə yerinə yetirilmiş səthi yaxmalarla nail olmuşdur