Oturtma Tikme - Wikipedia
Oturtma (qondarma) tikmə (qaz. bastırma, rus. вышивка аппликацией) — ayrıca parçalardan kəsilmiş bəzək başqa bir parça üzərinə qoyulub bərkidilməsiylə icra edilən tikmə.
Texnika
redaktəBu tikmənin geniş yayıldığı yerlər Abşeron, Gəncə, Qazax, Şamxor və Göyçə gölünün ətrafı. "Rəsm"i və yaxud naxışı daha qabarıq göstərmək üçün bəzi hallarda onun altına pambıq qoyurdular[1]. Bu üsulla ağ və qara yunu bir-birinə oturdub müəyyən təsvir əldə edirdilər. Keçmişdə saray çadırlarının əsas bəzəyində oturtma tikmə üsulundan geniş istifadə edilib. Keçə, dəri, sonralar müxtəlif rəngli parçaların kəsilib quraşdırılması yolu ilə inkişaf etdirilib. XIX əsrdə bu üsulla yüküzü, buxarı pərdəsi, süfrə, yaxud tapança qoburu, qılınc qını, yəhəraltı və s. əşyalar bəzədilirdi.[2]
İstinadlar
redaktə- ↑ "Günay Qafarova, sənətşünaslıq namizədi. Azərbaycanın el sənətinin maraqlı nümunələri". 2013-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.
- ↑ Nizami kitabxanası — Azərbaycan tikmə sənəti [ölü keçid]