Outlook Express - Wikipedia
Microsoft Outlook – elektron poçt vasitəsilə məktub almaq və məktub göndərmək üçün istifadə edilən proqramdır. Microsoft Outlook pullu proqram təminatının bir qədər sadələşdirilmiş, pulsuz variantıdır. Windows XP əməliyyat sisteminin tərkibində quraşdırılmış olurdu. Windows Vista əməliyyat sistemində isə daha interaktiv olan Windows Live ilə əvəz olunmuşdur. Outlook Express proqramı poçt ilə işləyən bir çox güclü proqramların malik olduqları imkanlara malikdir.
Outlook Express | |
---|---|
Tipi | özəl proqram təminatı |
Tərtibatçı | Microsoft |
Əməliyyat sistemi | Windows 98, Windows 2000, Windows XP, Windows Server 2003, Windows Me |
Sonuncu versiya |
|
Sayt | support.microsoft.com/kb… |
Outlook proqramının imkanları
redaktə- Məktubların əldə edilməsi. Şəxsin poçt ünvana gələn və poçt serverində yığılan məktublar Outlook Express proqramı vasitəsilə istifadəçinin kompüterinə gətirilir.
- Məktubların oxunması. Məktub Outlook proqramının xüsusi panelinin köməyilə və ya ayrıca pəncərədə oxunur.
- Məktubların göndərilməsi. Outlook yeni məktubun yaradılması, göndərilməsi və HTML kimi göndərilməsini təmin edir.
- Məktublarla əməliyyat. Outlook gələn məktubları əldə etmək üçün əlavə qovluqların yaradılmasına imkan verir. Müəyyən qayda qoymaqla gələn məktubları müxtəlif qovluqlara yığmaq mümkündür.
- Elektron ünvanların saxlanılması. İnsanların elektron ünvanlarını saxlamaq üçün ünvan kitabçasından istifadə edilir. Ünvan kitabçasına Outlook proqramında oxunan məktubun ünvanını daxil etmək üçün məktub üzərində kontekst menyuda uyğun əmr seçilir.
Poçt protokolları
redaktəElektron poçt vasitəsilə göndərilən məktub əvvəlcə poçt serverində yerləşdirilir. Bu məktubu almaq üçün poçt serverinə müraciət edərək sizin ünvana göndərilən bütün məktubları soruşmaq lazımdır. Əgər siz İnternetə provayder vasitəsilə qoşulmusunuz, o halda poçt serverinin adı cox zaman mail olur. Daha sonra isə İnternet provayderinin adı gəlir. Məsələn, mail.myisp.com. Poçt serverləri istifadə etdikləri müxtəlif poçt protokolları ilə fərqlənirlər. Outlook daxil olan məktublar üçün РОР3 (Post Office Protocol – poçt xidməti protokolu) və IMAP (Internet Message Access Protocol – məlumatlara İnternet müraciət protokolları) istifadə edir. Məktubun göndərilməsi üçün SMTP (Simple Mail Transfer Protocol – məktubun göndərilməsinin sadə protokolu) istifadə edilir.
Poçt serverindən məktub ala bilmək üçün həmin serverdə istifadəçinin adını və porolu göstərməklə qeydiyyatdan keçmək vacibdir. Outlook proqramına daxil edilmiş qeydiyyat yazısı poçt serverində istifadəçinin adı kimi tanınır. Məsələn, əgər Chris adı qeydiyyat yazısında göstərilmişdirsə, həmin kompüterdə istifadəçinin poçt ünvanı [email protected] olacaqdır.
Ədəbiyyat
redaktə- E.V.Seyidzadə, V.S.Səmədov. "İnternet", dərs vəsaiti, Bakı, 2005
- Ə.M.Abbasov, M.N.Əlizadə, E.V.Seyidzadə, M.Ə.Salmanova. "İnformatika və kompüterləşmənin Əsasları", Dərslik. Bakı, 2005
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Outlook Express home page for Macintosh (ing.)
- Differences between Outlook and Outlook Express, from the Microsoft knowledge base (ing.)
- Rəsmi saytı (ing.)
- UnDBX Arxivləşdirilib 2020-04-09 at the Wayback Machine online, açıq mənbə proqram. Bu Outlook Express DBX faylları açır ve bu e-poçt mesajları istehsal edir. Əlavə funksiyaları: sağalma, geri al. Mənbə faylları və Windows ikili: sourceforge.net (ing.)
- Outlook Express dbx file format by Arne Schloh Arxivləşdirilib 2008-01-12 at the Wayback Machine – DBX fayl formatında sənədlər; nümunə kodu daxil (ing.)