Ovculu Samaxi - Wikipedia
Ovculu Samaxi - Wikipedia - Haqqında Məlumat
Ovçulu — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.
Ovçulu | |
---|---|
40°27′04″ şm. e. 48°36′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəŞamaxı r-nu Ovçulu kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin yamacındadır. Kənd əhalisi 1169 nəfərdir ki, onunda 593 nəfəri kişi, 576 nəfəri isə qadınlar təşkil edir., 249 təsərrüfatı var. Kənddə Hacıbaba, Verdili, Eynəddinli, Hapıtlı, Abdullalı, Qocamanı, Pirməmmədli, Səfərli, Seyidli, Rəhimuşağı, İsmayıluşağı, Hüseynuşağı, Fərhadlı, (Əhməd) uşağı adlı tirə və nəsillər vardır. Yaşayış məntəqəsinin adı ovçulu tayfasının adı ilə bağlıdır. Tayfaya məxsus bir qrup ailə 19 əsrin sonlarında Cavad qəzasında maldarlıqla məşğul olmuşdur. Müxtəlif mənbələrdə Ovçalu, Ovcullu, Ovçular variantlarında da qeydə alınmışdır.[1][2]
İstinadlar
redaktə Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |