Ovanes Tlkurantsi - Wikipedia
Ovanes Tlkurantsi (erm. Հովհաննես Թլկուրանցի; bilinmir[1] – bilinmir[1]) — XIV–XV əsrlərdə yaşamış erməni şairi.
Ovanes Tlkurantsi | |
---|---|
Doğum tarixi | bilinmir[1] |
Vəfat tarixi | bilinmir[1] |
Fəaliyyəti | şair |
Həyat və yaradıcılığı
redaktəOvanes Tlkurantsi Kilikiya yaxınlığındakı Tlkuran kəndində,[2] monastır ailəsində anadan olmuşdur.[3] Onun yaradıcılığı məhəbbət və təbiət mövzusuna toxunan didaktik şeir və mahnılardan ibarətdir.[2] Tlkurantsi öz əsərlərinə musiqi də bəstələmişdir.[3] O, antifeodal dünyəvi poeziya ənənələrini davam etdirərək[4] qadın və məhəbbət gözəlliyini açıq şəkildə tərənnüm etmiş, dövrün erməni məhəbbət lirikasını alleqoriya və konvensiyalardan azad etmişdir.[5] Tlkurantsinin şeirləri canlı obrazlar, buradakı hisslərin fırtınalı püskürməsi ilə seçilir. Onun əsərləri hələ sağlığında layiqli şöhrət qazanmışdır. O, şifahi xalq yaradıcılığı materialı əsasında epik əsərlər də yaratmışdır. Beləliklə, Tlkurantsi şifahi xalq yaradıcılığı materialını emal edən ilk erməni şairinə çevrilmişdir.[6] Onlardan ən məşhuru olan "Cəsur Liparit nəğməsi" erməni sərkərdəsinin Misir məmlüklərinə qarşı mübarizəsi və onun faciəli ölümü haqqında əfsanəyə əsaslanır. Tlkurantsinin yaradıcılığında məhəbbət lirikası da seçilir. "Məhəbbət nəğməsi", "Gözlənilməz bir gözələ rast gəldim" şeirlərində əxlaq, şərabın təhlükələri, yalançı dostlar haqqındadır. O, "Kahib oğlu ilə molla qızı" əsərində xristian oğlan ilə müsəlman qızın sevgisindən bəhs edir.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 Ovanes Tlkurantsi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- ↑ 1 2 История всемирной литературы. 3. М.: Наука. 1985. 531–535.
- ↑ Краткая литературная энциклопедия. 1. М. Гл. ред. А. А. Сурков. 1962. 306–318.
- ↑ 1 2 Краткая литературная энциклопедия. 5. М. Гл. ред. А. А. Сурков. 1968. 377.
- ↑ Армянская советская энциклопедия. 6. Ер. 1980. 380. (erm.)
Əlavə ədəbiyyat
redaktə- «Поэзия Армении с древнейших времён до наших дней» (сборник) / Под ред. В. Я. Брюсова. М., 1916; стр. 205—206.
- «Поэзия народов СССР IV—XVIII веков» (сборник) / Вступ. статья и сост. Л. Арутюнова и В. Танеева.Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine М., 1972 («Библиотека всемирной литературы», том 55-й); стр. 291-298.
- Ceyms Rassel[ing.]. Yovhannēs Tʻlkurantcʻi and the Mediaeval Armenian Lyric Tradition // Armenian Texts and Studies . 7. Scholars Press. 1987.