Pinara - Wikipedia
Pınara (Likiya dili: Pinalə və yaxud Pinara) - Fəthiyənin 45 km-də, Minarə kəndi yaxınlığında yerləşən antik yaşayış yeri.
Pınara | |
Pınara | |
---|---|
36°29′20″ şm. e. 29°15′30″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | Muğla |
Salınma tarixi | məlum deyil |
Banisi | məlum deyil |
İlk xatırlanma | Troya müharibəsi |
Digər adı | Pinalə |
Dağılma tarixi | IX əsr |
Dağılma səbəbi | Zəlzələlər |
Milli tərkibi | türklər |
Müasir yeri | Minarə kəndi, Muğla, Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Toponim
redaktəMüasir dövrdə Minarə kəndinin adı, minarə formasında və üzərində quş yuvasına bənzəyən qaya məzarlarının yerləşdiyi bir qayadan götürüldüyü güman edilir. Xarabalığın adıda bu qayadan götürülüb. Pınara Likiya dilində "yuvarlaq" mənasındadır.
Tarixi
redaktəQədim qaynaqlara əsasən, şəhrin əsasını Ksanthosdan gələn kolonistlərin qoyduğu məlum olmuşdur. Pınaranın tarixi Troyaya gedib çıxır. Troya müharibəsində Pınaralı oxçu Pandarosdan bəhs edilir. Stroban və daha sonralar Stephan Bizantions Pınara şəhərinin Likiyanın əhəmiyyətli bir şəhəri olduğunu qeyd etmişdir. Likiya Birliyində "3 səs" haqqında sahib 6 şəhərdən biri olan Pınara Makedoniyalı İsgəndərin ölümü ilə Bergama Krallığına tabe olmuş, sonralar isə Romanın tərkibinə daxil edilmişdir. Roma dövründə şəhər inkişaf etmişdir. Lakin, 141-ci ildə və 240-cı ildə baş vermiş zəlzələlər nəticəsində şəhər böyük zərər görmüş və IX əsrdə tərk edilmişdir. 1957-ci ildə baş verən zəlzələ nəticəsində dağdakı qayalar aşağı sürüşmüşdür.[1][2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Pınara (Minareköy) Arxivləşdirilib 2016-08-27 at the Wayback Machine T.C. KÜLTÜR VE TURİZM BAKANLIĞI KÜLTÜR VARLIKLARI VE MÜZELER GENEL MÜDÜRLÜĞÜ
- ↑ Fəthiyə və ətrafındakı antik şəhərlər Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine infethiye.net