Palciq Vulkanlari Qrupu Dovlet Tebiet Qorugu - Wikipedia
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu[1] – Azərbaycanın Abşeron rayonunda yerləşən dövlət qoruğu. Qoruğun ərazisi 12.322,84 hektardır və burada 43 palçıq vulkanı mühafizə olunur.[2] Dünyanın ən böyük palçıq vulkanı Torağay da bu qoruqda mühafizə olunur.[3][4][5]
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu | |
---|---|
| |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 12.322,84 hektar |
Yaradılma tarixi | 15 avqust 2007 |
İdarəetmə orqanı | AETSN |
Yerləşməsi | |
40°27′49″ şm. e. 49°57′27″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Abşeron |
Yerləşməsi | Abşeron yarımadası |
Yaxın şəhər | Bakı |
|
Tarixi
redaktəAzərbaycan Respublikası palçıq vulkanlarının ən çox yayıldığı ölkədir.[6] Hazırda ölkədə 400-dən çox palçıq vulkanı qeydə alınıb[7], bu da dünyada olan palçıq vulkanlarının yarısının Azərbaycanda olduğunu bildirir. Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində yaradılıb. Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12.322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib.[1]
Fəaliyyət
redaktəQoruğun fəaliyyətində əsasən iki prioritet istiqamət müəyyən olunmuşdur:
- Vulkanik landşaftın, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək.[1]
- Elmi tədqiqatları təşkil etmək və ekoloji monitorinqi həyata keçirmək.[1]
Qoruq əməkdaşları xüsusi mühafizə statusu şamil edilmiş 43 palçıq vulkanında mütamadi olaraq elmi stasionar müşahidələr aparmaqla ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik proseslərin dinamikasının öyrənilməsi ilə yanaşı, həm də, onların antropogen müdaxilələrdən qorunmasını təmin etməklə vulkanik landşaftın təbii vəziyyətini saxlayırlar.[1]
Qoruğa daxil olan palçıq vulkanları
redaktə- Güzdək Bozdağ
- Ayrantökən
- Qoturdağ
- Kirdağ
- Pilpili Qaradağ
- Torpaqlı Axtarma
- Qaradağ Axtarması
- Bəndovan
- Ağzıbir
- Otman Bozdağ
- Xərə Zirə
- Qarasu adası
- Zənbil
- Gil adası
- Çigil
- Səngi Muğan
- Çapılmış
- Gülbəxt-Sarınca
- Şor bulaq
- Keyrəki
- Qırməki
- Kirdağ
- Çeyildağ
- Pirəkəşkül
- Şəkixan qrupu
- Ağdam qrupu
- Süleymanaxtarma
- Kiçik Kənizədağ
- Sarıdaş boyanata
- Durandağ
- Torağay
- Oyux
- Qaraxura
- Ağtirmə
- Əmcək-əmcək
- Boransız-Cülgə
- Qılınc
- Ağnohur
- Güllütəpə
- Çeilaxtarma
- Qotur
- Qələndəraxtarma
- Şahqaya
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu". AETSN (az.). 2017-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
- ↑ "Palçıq vulkanları qrupu DTQ" (az.). eco.gov.az. February 2, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2022.
- ↑ Ronnie Gallagher. "Mud Volcanoes in Azerbaijan" (ingilis). volcanodiscovery.com. June 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2022.
- ↑ "Dünyanın ən nəhəng palçıq vulkanı 30 ildən sonra bu il ikinci dəfə püskürüb" (ingilis). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 24 aprel 2018. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2022.
- ↑ "Грязевые вулканы (Гобустан)" (ingilis). azterra.az. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2022.
- ↑ Ed Browne. "What Is a Mud Volcano? Huge Explosion Rocks Oil-Rich Caspian Sea" (ingilis). Newsweek. July 5, 20221. July 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2022.
- ↑ "Azerbaijan mud volcano triggers huge blast in Caspian oil and gas fields" (ingilis). BBC World Service. July 5, 2021. July 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2022.