Panavia Tornado - Wikipedia
Panavia Tornado - Wikipedia - Haqqında Məlumat
Panavia Tornado İtaliya, Böyük Britaniya və Almaniya tərəfindən birgə istehsal olunmuş iki mühərrikli, çoxməqsədli qırıcıdır. Tornado qırıcısının üç əsas variantı var: Tornado IDS döyüşçü-bombardmançı, Tornado ECR düşmənin hava hücumundan müdafiə sistemlərini üstələmək məqsədli radioelektron mübarizə və kəşfiyyat, Tornado ADV tutucu (interceptor) variantı.
Tornado | |
---|---|
Tipi | Çoxməqsədli qırıcı |
İstehsalçı | Panavia Aircraft GmbH |
İlk uçuş | 14 avqust 1974 |
İstismara verilmə tarixi | 1979 |
Status | İstismarı davam edir |
İstismarçılar |
Böyük Britaniya İtaliya Almaniya Səudiyyə Ərəbistanı |
İstehsal ili | 1979 - 1998 |
Buraxılış sayı | 992 |
Variantları |
Panavia Tornado ADV Panavia Tornado IDS Panavia Tornado ECR |
Vikianbarda əlaqəli mediafayllar |
İlk uçuşunu 14 avqust 1974-cü ildə həyata keçirmiş, 1979-1980-ci illərdə silahlanmaya qəbul olunmuşdur. Səudiyyə Ərəbistanı bu döyüş təyyarəsinin üç istehsalçı ölkədən başqa yeganə ixracatçısıdır.
Tornado qırıcıları indiyə qədər müxtəlif döyüş ərazilərində istifadə edilmiş, Bosniya, Kosovo, Suriya, İraq, Əfqanıstan kimi fərqli ölkələrdə döyüş tapşırığını uğurla yerinə yetirmişdir.
İstifadəçiləri
redaktə- İtaliya: 62 ədəd IDS və 16 ədəd ECR variantı.[2]
- Böyük Britaniya: 80 ədəd GR4/GR4A.[3]
- Səudiyyə Ərəbistanı: 82 ədəd IDS variantı.[4]
Xüsusiyyətləri (Tornado GR4)
redaktəÜmumi göstəriciləri
redaktə- Ekipaj: 2
- Uzunluğu: 16.72 m
- Qanad genişliyi: 13.91 m
- Hündürlüyü: 5.95 m
- Boş çəki: 13,890 kq
- Yüklənmiş çəki: 20,240 kq
- Maksimum qalxma ağırlığı: 28,000 kq
- Güc təminatçısı: 2 ədəd Turbo-Union RB199-34R Mk 103 mühərrik
Uçuş göstəriciləri
redaktə- Maksimum sürət: Mach 2.2 (2400 km/s) 9,000 m yüksəklikdə; 1,482 km/s (dəniz səviyyəsində)
- Birbaşa məsafə: 1,390 km
- Maksimum qalxma yüksəkliyi: 15,240 m
- Yüksəlmə sürəti: 76.7 m/s
- Güc/çəki nisbəti: 0.77
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Weniger als jeder zweite Tornado ist einsatzbereit. Arxivləşdirilib 2017-01-11 at the Wayback Machine İstifadə tarixi: 24 may 2017
- ↑ ["Hoyle Flight International" 13–19 dekabr 2011, səhifə 41.]
- ↑ "www.gov.uk/government (Armed Forces treaty in Europe 2017 PDF" (PDF). 2017-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-24.
- ↑ ["Hoyle Flight International" 13–19 dekabr 2011, səhifə 47.]
Xarici keçidlər
redaktəVikianbarda Panavia Tornado ilə əlaqəli mediafayllar var.