Paprevend Mescidi - Wikipedia
Paprəvənd məscidi — XVIII əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Ağdam rayonunun Paprəvənd kəndində yerləşir.
Paprəvənd məscidi | |
---|---|
40°09′25″ şm. e. 46°50′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Ağdam,Papravənd |
Sifarişçi | Pənahəli xan |
Tikilmə tarixi | XVIII |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | dağıdılıb |
Rəsmi adı: İNV № 4045 | |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
redaktəTarixi
redaktəPaprəvənd məscidi XVIII əsrdə Papravənd kəndində tikilib.[1]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[2] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[3] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[3][4] Paprəvənd məscidi də bu dövrdə ibadətə bağlanıb.
Birinci Qarabağ müharibəsi dövründə 1993-cü ildə Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.[5] İşğaldan sonra bölgədəki tarix memarlıq abidələri o cümlədən yaşayış məskənləri dağıdılıb.[6] Təkcə Ağdam rayonunda yerləşən 135 tarixi abidədən 75-i dağıdılıb.[7] Paprəvənd kəndi və Paprəvənd məscidi də bu dövrdə tamamilə dağıdılıb.[8]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9]
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayıb.[10] 2020-ci il noyabrın 10-da imzalanmış İkinci Qarabağ müharibəsini yekunlaşdıran Qarabağ atəşkəs bəyanatına əsasən Ağdam rayonu eləcə də Paprəvənd kəndi noyabrın 20-də Azərbaycanın nəzarətinə qaytarılıb.[11]
Memarlığı
redaktəTamamilə yerli əhəng daşı tikilmiş məscid üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir.[1] Minarəsi olmayıb.[1] Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəklindədir. Tavanı daxildən günbəz şəklində tamamlanıb.[12] Bayır tərəfdən isə günbəz iki yamaclı formaya salınıb. Məscidin bütün tərəflərdən divarının qalınlığı 1,15 metrdir.[13] Ümumi ölçüləri isə 9,2m x 12,54 metrdir.[13]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Ağdam / Papravənd kənd məscidi". heritage.gov.az. İstifadə tarixi: 2024-101-15.
- ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
- ↑ Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. New York. Washington. Los Angeles. London. Brussels: Human Rights Watch. 1994. 35–54. ISBN 1-56432-142-8.
- ↑ Robert Parsons "Tug-of-war for Nagorno-Karabakh" Arxiv surəti 21 mart 2022 tarixindən Wayback Machine saytında
Now, you stumble into the wretched misery of Agdam, once a city of 50,000 and famed for its orchards. It’s all but empty. Every single Azeri house in the town has been blown up to discourage return.
- ↑ Cəfərli, Azad. "Dövlət Xidmətinin rəisi: "Ermənilər Qiyaslı məscidini tamamilə dağıdıb, burada yalnız divarlar qalıb" - VİDEO". apa.az (az.). 2021-06-05. İstifadə tarixi: 2024-10-15.
- ↑ "Ağdam rayonunun Papravənd kəndi". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2022-07-30. İstifadə tarixi: 2024-10-15.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ "İkinci Qarabağ müharibəsi: atəşkəsin pozulması halları - xronologiya". BBC News Azərbaycanca (az.). 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ "Ağdamın Paprəvənd kəndi". 525-ci qəzet. 2020-12-11. İstifadə tarixi: 2024-10-15.
- ↑ Qarabağlı, Rizvan. “Qarabağ dünən, bu gün və sabah” 8-ci elmi-əməli konfransının materialları / Qarabağın qədim məscidləri (PDF) (az.). Bakı: Qarabağ Azadlıq Təşkilatı. 2009. 196. ISBN 978-9952-29-040-8.
- ↑ 1 2 Əli, Orxan. "Qarabağdakı ibadət evləri: ermənilər indi orada donuz saxlayırlar". modern.az (az.). 2012-04-19. 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.