Paranoya - Wikipedia
Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Söz yunan dilində "παράνοια" (paranous) "dəlilik" mənasını verir (para = çöldə; nous = ağıl, ağılını itirmək)
Paranoya | |
---|---|
XBT-10 | F |
XBT-9 | |
MeSH | D010259 |
Vikianbarda əlaqəli mediafayllar |
Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır. Bununla birlikdə seyrək olaraq, paranoyak şəxsiyyət pozuqluğu kimi, psixotik olmayan, digər vəziyyətlərdə də müşahidə edilə bilər.
Paranoya, fərdin hər hansı bir hadisə qarşısında hadisənin meydana gəlməsindən fərqli olaraq inkişaf edə biləcəyini öz içərisində canlandırma yolu ilə qarşıya qoyduğu və sərhədsiz sayda çeşitləndirə biləcəyi xəyal məhsullarının bütünüdür.
Xalq arasında, paranoya deyimi, ümumiyyətlə bir şəxsin, ətrafındakılar haqqında həddindən artıq şübhəçiliyini təyin etmək üçün istifadə edilər. Belə bir adama edilən tövsiyələr, yaxşı niyyətli belə olsa, o adam tərəfindən pis niyyətlə edilmiş hesab edilər. Başqalarının onun haqqında təxribat edəbiləcəyi düşüncəsinə qapıla bilər, özlərinə və ya mülklərinə qarşı bir təhdid olduğu narahatlığı içinə düşər. Bu düşüncələr, o şəxsə böyük narahatlıq verər. Ətrafındakılar da, bu vəziyyətdən narahat olar.
Tarixi
redaktəPsixiatr Emil Kraepelin, ən əhəmiyyətli və ya yeganə əlamətin təşviş inanclar olduğu ruhi xəstəlikləri təyin etmək üçün, "paranoya" terminini, istifadə etmişdir. Terminin qatı istifadəsi zaman içində dəyişmişdir. Kraepelinin təyin etməsi, indiki vaxtda ümumiyyətlə tərk edilmişdir. Psixiatrlar tərəfindən, günümüzdəki istifadəsiylə, paranoya; adamın özünə istiqamətli hər hansı bir təşvişi işarə etmək üçün istifadə edilər. Daha müəyyən olaraq, əziyyət qorxusuna gətirib çıxaran bir təşvişə işarə etmək üçün istifadə edilir.
Kraeplin bu kökə, təşvişli inanışları da əlavə edərək öz təcrübəsini inkişaf etdirmişdir. Kraeplinin etdiyi paranoya təcrübəsində təşviş inancın nə olduğunun əhəmiyyəti yoxdur, hər hansı bir təşviş inanış paranoya olaraq sinifləndirilə bilər.
Simptomları
redaktə- Həddindən artıq şübhə, başqalarına inamsızlıq
- Tənqidlərə qəzəblə reaksiya vermək
- İnsanların sözlərində başqa mənalar axtarmaq
- Dincələ bilməmək
- Müzakirələrdə həmişə haqlı olduğuna inanmaq
- Partnyorunun sadiqliyindən narahat olmaq
- Heç bir təhlükə olmasa belə, özünü daimi təhdit altında hiss etmək
- Fiziki-emosional olaraq incidiləcəyini düşünmək
- Ətrafına qarşı düşmən, aqressiv münasibət bəsləmək
- Sosial münasibtlərdən təcrid olunmaq
- Onların arxasından pis danışıldığını düşünmək
- Münasibət qurmaq, başqaları ilə işləmək çətinliyi
- Özlərinə qarşı sui-qəsd nəzəriyyələrinə inanmaq
- Öz problemlərini görmək çətinliyi[1].
Səbəbləri
redaktəParanoya xəstələrinin və ya paranoyakların ortaq xüsusiyyətləri uşaqlıq və gənclik illərində yaşadıqları zədələrdir. Bir çox psixoloji narahatlığın təməli uşaqlıq və gənclik illərində qoyulur ancaq bu mövzuda paranoya narahatlığı çox daha diqqətə çarpandır. Məsələn, uşaqkən çirkin olan və ətrafında və ya ailəsində davamlı lağ mövzusu olan biri irəliləyən yaşlarını "hər kəs mənə baxır" ya da "hər kəs yanındakına gizlicə mənim çirkin olduğumu deyir" şəklində düşüncələrlə keçirə bilməkdədirlər. Xüsusilə, yeniyetməlik dövründə ətrafıyla ciddi problemlər yaşayan, bədənində qüsuru olan kəslərdə daha çox rast gəlinir.
- Bir başqa səbəb isə şəxsin özünü çox üstün görməsi ya da bir əvvəlki hadisənin tam tərsi bir şəkildə yaşanmış olmasıdır. Məsələn, uşaqlığından bəri ərköyün böyüdülən bir adam irəliləyən yaşlarda özünü digər insanlardan üstün görməyə başlayır, hər kəsin onun üçün çalışması lazım olduğunu düşünür. Bir müddət sonra "hər kəs mənim əleyhimədir, hər kəs məni baltalamaq, yox etmək istəyir" düşüncəsi hakim olur və ətrafıyla bu səbəblə ciddi problemlər yaşayır.
- Görülən iş və ya peşə də paranoyaya səbəb ola bilər. Məsələn, dövlətə aid gizli kəşfiyyat işlərində çalışan, ya da təhlükəsizlik işçisi ikən cinayət təşkilatlarının üzərinə gedən kəslərdə də davamlı öldürülmə, təqib edilmə, istirahət kimi qorxular baş qaldıra bilər.
Müalicəsi
redaktəParanoya narahatlığı diqqət yetirilməsi lazım olan və hal hazırda müalicə edilə bilən bir narahatlıqdır. Müalicə simptomların səbəbindən və şiddətindən asılıdır. Dərman, psixoterapiya, fərdi və ya ailə məsləhətləri daxil ola bilər. Paranoyanı müalicə etmək çətindir. Bu prosesses artan hirs, emosional qorunma və mümkün düşmənçiliklə nəticələnə bilər. Müalicədə ən vacib amil, irrasional düşüncələrin təsirini azaltmaq və sosial bacarıqları yaxşılaşdırmaq üçün xəstə ilə etibarlı iş birliyi qurmaqdır. Paranoya dərman istifadəsinin nəticəsidirsə, effektlər azalana qədər müalicə ümumiyyətlə dəstəklənir. Ağır hallarda, paranoyaya səbəb olan vəziyyət sabitləşənə qədər xəstəxanada müalicə tələb oluna bilər. Müalicə edilmədiyi təqdirdə irəliləyə bilər və ciddi psixoloji xəstəliklərə səbəb ola bilər[1].
Paranoya terapiyası
redaktəPsixoterapiya
redaktəƏksər şəxsiyyət pozğunluqlarında olduğu kimi, psixoterapiya da üstünlük verilən müalicə metodudur. Paranoyak insanın terapevtlə açıq danışması çətindir, çünki xəstədə özünəinam problemi var, irəliləyiş son dərəcə ləngdir. Dürüst bir yanaşma ilə xəstəni mövcud problemlərə yönəltmək ən yaxşı nəticəni verəcəkdir. Psixoterapiya xəstələrin özlərinə inamlarını artırmalarına, başqalarına etibar etmələrinə, hisslərini ifadə etmələrinə və idarə etmələrinə kömək etməkdir[1].
Psixiatriyada paranoya
redaktəEmil Kraepelin ağıl xəstəliklərinin dəyişik formalarını təcrübə etdiyi işində, təşvişin olduğu lakin ağılı qabiliyyətlərdə hər hansı bir mənfi gedişin görülmədiyi vəziyyəti təyin etmək üçün tək paranoya terminini istifadə etmişdir. Bu tərifdə digər şizofreniyalı tapıntılar yoxdur.
Təşvişlərin diqqətə çarpan olduğu şizofreniya forması üçün paranoyak şizofreniya termini istifadə edilir. Bu təcrübədə, təşvişlərin xəstəyə narahatlıq verib vermədiyi diqqətə alınmaz. Yəni, xəstə, təşvişləri ilə uyğunlaşma içində olsa belə paranoyak şizofreniya ola bilər.
Ancaq, son vaxtlarda, insandakı təşvişlərin narahatlıq verici olması anlayışı təkrar əhəmiyyət qazanmışdır. Xüsusilə, iki ana xətt üzərində dayanılmağa başlanmışdır:
- İnsanın, təşvişləri səbəbiylə özünə zərər verəcək davranışlarda olması və ya olma təhlükəsinin olması,
- Adamın, təşvişləri səbəbiylə başqalarına zərər verəcək davranışlarda olması və ya olma təhlükəsinin olması.
Paranoyak təşvişlər arasında; insanın izlənildiyi, elektronik vasitələrlə müşahidə edildiyi, yemək və ya içkilərinin zəhərləndiyi, əhəmiyyətli biri, və ya tanınmış bir şəxsiyyət tərəfindən uzaqdan sevildiyi simptomları olmaqdadır.
İstinadlar
redaktə- ↑ 1 2 3 Medical Acedemi. "Paranoya nedir? Neden olur? Belirtileri ve tedavi yöntemleri" (türk). www.medikalakademi.com.tr. 2021. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-23.