Paris Konservatoriyasi - Wikipedia
Paris Konservatoriyası — 1795-ci ildə yaradılan musiqi və rəqs məktəbi, hal-hazırda Parisin 19-cu bölgəsində mövcud olan Jan Jores küçəsində yerləşir. Konservatoriya musiqi, rəqs, dram və rəsm sahələrində ənənəvi "fransız məktəbi" istiqamətində təhsil verir. 1946-cı ildə konservatoriya iki ayrı konservatoriyaya ayrıldı; teatr, dram və aktyorluq fakültələrinin olduğu Conservatoire national supérieur d'art dramatique (CNSAD) və musiqi, rəqs təhsilinin verildiyi Conservatoire national supérieur de musique et de danse de Paris (CNSMDP).
Paris Konservatoriyası CNSMDP | |
---|---|
Conservatoire national supérieur de musique et de danse de Paris | |
48°53′20″ şm. e. 2°23′27″ ş. u.HGYO | |
Əsası qoyulub | 3 avqust 1795 |
Tələbə sayı | 1.339[1] |
Ölkə | |
Sayt | conservatoiredeparis.fr |
Vikianbarda əlaqəli mediafayllar |
Konservatoriya Fransa Mədəniyyət Bələdiyyəsinin himayəsi altında fəaliyyətini davam etdirir.
Tarix
redaktəParis Konservatoriyasının tarixi XIV Lüdovikin 1669-cu il iyunun 28-də qurduğu Kral musiqi məktəbinə (fr. École Royale de Chant) qədər gedib çıxır. 1785-ci ildə Fransua Josef Qossek konservatoriyanı yenidən qurdu.
1793-cü ildə konservatoriya Kral musiq məktəbi milli qvardiyanın musiqiçiləri üçün olan bir məktəblə birləşdirildi və İnsitut national de musique olaraq adlandırıldı.
Böyük Fransa inqilabı ərəfəsində qurulmuş olan Milli konqres məktəbi 1795-ci ildə Musiqi Konservatoriyası (fr. Conservatoire national supérieur de musique) adlandırıldı və yeni konservatoriyanın ilk 350 şagirdi 1796-cı ilin noyabrında təhsillərinə başladı.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- Pierre, Constant, editor (1900). Le Conservatoire national de musique et de déclamation. Documents historiques et administratifs. Paris: Imprimerie National. 1031 pages. View at Google Books.