Parisin Yenidenqurulmasi - Wikipedia
Parisin yenidən qurulması -,İkinci imperiya vaxtı Parisin yenidən qurulması - böyük dərəcədə Parisin müasir görünüşünü müəyyən edən, III Napoleonun tapşırığı ilə, Sena departamenti prefekti baron Hausmannın XIX əsrdə apardığı şəhərsalma işləri.
Yenidənqurma zərurəti
redaktəYenidənqurmaya ehtiyac çoxdan vardı. XVIII əsrin birinci yarısından başlayaraq şəhər hakimiyəti Parisin mərkəzinin yenidənqurulması barədə düşünürdülər, və məhz; Sena sahilini abıra salmaq və körpülər üzərindəki evləri sökmək. İntensiv sənaye inkişafı vaxtı Parisin əhalisi olduqca sürətlə artırdı - bir əsr ərzində əhalinin sayı 5 dəfə artmışdı -1800 ildəki 0,55 mln-dan,1901 ildəki 2,7 mln-a qədər[1]. Bəzi məhəllələrdə əhali sıxlığı 100 000/km² nəfərə çatırdı. Şəhər bu qədər insan yerləşmirdi: sıx-sıx binalarla tikilən əyri dar küçələr şəbəkəsi, küçə hərəkatını çətinləşdirirdi, olduqca pis sanitar şərait isə epidemiyaların yayılmasına gətirirdi ki, bu öz növbəsində varlı şəhərlilərin Parisin kənarına, şimala və qərbə köçməsinə təkan verirdi, şəhərin mərkəzi isə, tez-tez sosial partlayışlar olan yoxsulların kvartalaına çevrilirdi. Bu problemləri aradan qaldırmaq üçün yeni nəhəng yenidənqurma tələb olunurdu.
İstinadlar
redaktə- ↑ "Paris — Notice Communale (Paris bələdiyyəsi qeydləri)". 2011-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-18.