Parlament Film 1996 - Wikipedia
Parlament | |
---|---|
Janr | tarixi |
Rejissor | Tofiq Məmmədov |
Ssenari müəllifləri |
Eldəniz Quliyev Azər Əbilbəyli |
Operator | Sərdar Vəliyev |
İstehsalçı | "Salnamə" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1996 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan |
İl | 1996 |
Texniki məlumatlar |
2 hissə 560 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəFilm müstəqil Azərbaycan Respublikası parlamentinin keçdiyi beşillik tarixi yolunu, siyasi problemlərini əks etdirir.
Ucu-bucağı görünməyən boş düzənlikdə salınmış çadır şəhərciyi...
Haradasa eşidilən saz-qopuz havası çadırların arasında var-gəl edən, dərdli-dərdli boylanan adamların çöhrələrində dolaşır və kinokamera solğun çöhrələrdə, kədərli gözlərdə o səsi axtara-axtara çadırlardan birinə "baş vurur".
İçəridəki kişilər, arvad-uşaq yuxarı başdakı televizorda cavan ozan Araz Elsəsin "Ya azadlıq, ya ölüm" harayına diqqətlə qulaq asırlar. Mahnı-haray qəfil kəsilir və telekranda diktor görünür. Diktor:-Diqqət, hörmətli tamaşaçılar! Bir neçə dəqiqədən sonra Azərbaycan Ali Sovetinin fövqəladdə iclası birbaşa translyasiya ediləcəkdir...
Müstəqil Azərbaycanın beşillik tarixi olan parlament öz dövrünü, fəaliyyətini başa vurur.. İndiki parlamenti ümumən necə xarakterizə etmək olar? Gələcək parlamenti necə görmək istərdik?
Ayrı-ayrı adamlar çətin və olduqca ziddiyyətli vaxtlarda Azərbaycan Respublikası Ali Sovetinə rəhbərlik ediblər. Onların rəhbərlik etdikləri dövrlərdən böhrandan çıxış yolu tapmaq mümkün deyildimi? Milli Məclisin qanun yaradıcılığı potensialından indiyə qədər necə istifadə olunmuşdur?
Müəllifləri düşündürən, narahat edən bu suallar ətrafında gedən söhbətlər, irəli sürülən mülahizələr filmin əsas qayəsini təşkil edir.
Film haqqında
redaktəFilm "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Tofiq Məmmədov
- Ssenari müəllifi: Eldəniz Quliyev, Azər Əbilbəyli
- Operator: Sərdar Vəliyev
- Səs operatoru: Marat İsgəndərov
Sponsor
redaktə- "Azərkinovideo" İB
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 351.