Paskal Paoli - Wikipedia
Filippo Antonio Paskal di Paoli (6 aprel 1725[1][2] – 5 fevral 1807[1], London)—- italyan dövlət xadimi və vətənpərvər. Korsikada Genuyamın hakimiyyətinə son qoymuş və mütərəqqi bir rəhbərlik yaradaraq, müxtəlif islahatlar həyata keçirmişdir.
Paskal Paoli | |
---|---|
fr. Pascal Paoli kors. Pasquale de Paoli | |
Doğum tarixi | 6 aprel 1725[1][2] |
Vəfat tarixi | 5 fevral 1807[1] (81 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, zabit |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Korsikalıların Genuya qarşı müstəqillik uğrunda mübarizəsinin liderlərindən olan Giacinto Paolinin oğlu idi. 1739-cu ildə atası ilə Neapola sürgünə getmiş və orada hərbi akademiyada oxumuşdur. 1755-ci ildə Korsikaya qayıtdıqdan sonra Genuya tərəfdarlarını məğlub edərək hakimiyyəti ələ aldı. Avropa ölkələrindən daha demokratik bir konstitusiya tətbiq edərək, 9 il ərzində intellektual despotizm olaraq bilinən üsulla ölkəni idarə edərək əhəmiyyətli islahatlar həyata keçirmişdir. Hakimiyyəti dövründə qan ədavətini qadağan etdi, mədənçiliyi təşviq etdi, dəniz donanması və universitet qurdu. Bu vaxt Genuya ilə mübarizəni davam etdirdi və 1764-cü ildə Genuyanın müttəfiqi Fransa krallığına müharibə elan etdi. 1768-ci ildə Korsikanı satın alan Fransa adanı işğal edərək millətçiləri məğlub etdikdə (1769) İngiltərəyə qaçdı və 20 il III Georqdan aylıq götürərək Londonda yaşamışdır.
Böyük Fransa inqilabı dövründə briqada generalı vəzifəsini icra edən Paoli 1790-cı ilin iyulunda Korsikaya qayıtdı. 1793-cü ildə Fransa ilə münasibətləri pozulduqda, bir daha müstəqillik uğrunda mübarizə apardı və ingilislərin dəstəyi ilə 1794-cü ildə fransızları adadan qovmağı bacardı. Sonra ada İngilislərin himayəsinə keçdi və ser Gilbert Elliot Korsikanın ümumi qubernatoru təyin edildi. Elliotun onu deyil, Pozzo di Borgonu özünə baş məsləhətçi seçməsi onu məyus etdi. Paoli daxili çəkişmələrə səbəb olmaq istəmədiyi üçün 1795-ci ildə İngiltərəyə getdi. Ömrünün qalan hissəsini İngiltərə hökumətindən aldığı pensiya ilə keçirdi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Leonardi M. F. PAOLI, Pasquale // Dizionario Biografico degli Italiani (it.). 2014. Vol. 81.