Pataqoniya Ve Araukaniya Kralligi - Wikipedia
Pataqoniya və Araukaniya krallığı (fr. Royaume d’Araucanie et de Patagonie; bəzən Yeni Fransa) — Krallıq 1860-ci ildə fransız vəkil və dolandırıcı Oreli-Antuan de Tuman tərəfindən Cənubi Amerikanın cənub hissəsində yaradılmışdılır. Dövlət qısa müddət ərzində müstəqil olmuşdur. Arakuanilərin yaşadığı Çili ərazilərində və indiki Argentinanın cənub ərazilərində yayılmış qəbilə başçılarının birliyi sayəsində meydana gəlmişdir. Dövlətin yaradılmasını zəruri edən Argentina və Çili hökumətlərinin həyata keçirdiyi istilasına qarşı yaradılmışdır.
tanınmamış | |||||
Pataqoniya və Araukaniya krallığı | |||||
---|---|---|---|---|---|
Royaume d’Araucanie et de Patagonie | |||||
|
|||||
«Independència i llibertat, Indépendance et liberté, independentzia eta askatasuna, Independencia y libertad» | |||||
|
|||||
Paytaxt | Perkenko | ||||
Rəsmi dilləri |
Fransız dili Araukani dili |
||||
İdarəetmə forması | Krallıq | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1860-ci ildə de Tunan Cənubi Amerikanı mapuçe xalqının mübarizəsini yüksək qiymətləndirmişdir. Bu zaman yeri qəbilələrin başçıları de Tunanı kral elan edirlər. De Tunana onları təmsil etmək və avropa ölkələri ilə əlaqə yaratmaq hüququ verilir. 16 noyabr 1860-cı ildə de Tunan rəsmən kral elan edilmişdir. Bir müddət sonra konstitusiya qəbul edilir. 20 noyabrda Pataqoniyanın birləşdirilməsi elan edilir. Hökumətin fəaliyytə başlamasından sonra ölkənin paytaxtı Perkenko elan edilir. Üç rəngli bayraq, gerb qəbul olunur. Dövlətin milli valyutası dövriyəyə buraxılır. Pulun arxasında Nouvelle France (Yeni Fransa) yazılmışdır.
Onun gördüyü işlər sayəsində xaricdə tanınma həyata keçilir. Ancaq Argentina və Çilinin müdaxiləsi sayəsində məqsədə çatmaq çətinləşir. Hətta de Tunan dəfələrlə həbs edilir və ölkəsinə qaytarılır. Krallığın elan edilməsindən sonra Çili Araukariyanın işğalı kampaniyasını güçləndirilir. Çili prezidenti Xose Xoakin Peres Kornelio Savedra Rodriges Araukari hərəkatının rəhbəri təyin edilir. De Tunan tutularaq ölkəsinə qaydarılsada 1878-ci ilə qədər (ölüm) mübarizəsini davam etdirmişdir.
Fransız şampan taciri Qrustav Lavard de Tunandan sonra özünü varis elan edir və özünü kral elan edir. I Axiles adı ilə tanınır. Birinci kralın törəmələri bu gündə mövcud olmayan krallığın kralı titulunu davam etdirirlər. Hazırda varis şahzadə Filip olsa da, onun hakimiyyətdən imtina etmişdir. Bununla belə bu gündə yerlilərin mübarizəsini dəstəkləyir. Filip sonradan titulu yenidən qəbul etmişdir. O bir dəfə Argentina və Çilini ziyarət etmişdir. Yerli mapuçe təşkilatları Filipi çox soyuq qarşılamışlar.
Araukaniya hökmdarları
redaktə- Avreli Antoniy I, kral (1860—1878)
- Axill (Axilles) I, kral (1878—1902)
- Antoniy (Antonio) II, kral (1902—1903)
- Lauro Tereza I, kraliça (1903—1916)
- Antoniy (Antonio) III (1916—1952)
- Filip (Filipe), şahzadə (1952—2014)
- Antoniy (Antonio) IV (с 2014 г.)[1]
İstinadlar
redaktə- ↑ "Antoine IV". Steel Crown. 19 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2014.