Pavel Adamovic - Wikipedia
Pavel Adamoviç (tam adı: Pavel Boqdan Adamoviç, pol. Paweł Bogdan Adamowicz; 2 noyabr 1965[1], Qdansk – 14 yanvar 2019[2][3], Qdansk Universiteti Klinik Mərkəzi[d], Qdansk, Polşa[5]) — Polşa siyasətçisi və hüquqşünası. O, 1998-ci ildən 2019-cu ildə sui-qəsdə uğramasına qədər Qdansk şəhərinin meri olmuşdur.
Pavel Adamoviç | |
---|---|
pol. Paweł Adamowicz | |
26 oktyabr 1998 – 14 yanvar 2019 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Paweł Bogdan Adamowicz[1] |
Doğum tarixi | 2 noyabr 1965[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 14 yanvar 2019[2][3] (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaqlama[d][6][7][…] |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, universitet müəllimi[d] |
Həyat yoldaşı | |
Uşağı | 2 |
Dini | Roma-Katolik kilsəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
adamowicz.pl | |
Vikianbarda əlaqəli mediafayllar |
Adamoviç 1988-ci ildə gerçəkləşən fəhlə tətilinin öndərlərindən biri və tətil komitəsinin sədri idi. O, 1990-cu ildə 1990 Qdansk Şəhər Şurasının üzvü seçilmiş, 1994–1998-ci illərdə isə şuranın sədri olmuşdur. Adamoviç 1998-ci ildə Qdansk şəhərinin meri seçilmiş və 10 noyabr 2002-ci ildə səslərin 72%-ni əldə edərək ikinci dəfə mer seçilmişdir.[8] O, 2018-ci ildə partiyasız olaraq üçüncü dəfə mer seçilmişdir. Adamoviç populist və sağçı hökumətdə tərəqqipərvər bir siyasətçi kimi tanınırdı. O, LGBT hüquqlarını, immiqrantları və etnik azlıqları dəstəkləyirdi.[9]
13 yanvar 2019-cu il tarixində Adamoviç Qdansk şəhərində keçirilən xeyriyyə konsertində bıçaqlı hücuma məruz qalmışdır. O, 14 yanvar 2019-cu il tarixində sui-qəsd cəhdində aldığı zədələrə görə 53 yaşında vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 Paweł Adamowicz uhonorowany.
- ↑ 1 2 Atak na Pawła Adamowicza w czasie finału WOŚP. Prezydent Gdańska nie żyje [Relacja].
- ↑ 1 2 https://www.gdansk.pl/wiadomosci/sylwetka-pawla-adamowicza-prezydenta-miasta-gdanska-1965-2019,a,135807 (pol.).
- ↑ 1 2 http://adamowicz.pl/o-mnie/.
- ↑ 1 2 Jarosław Kaczyński: wyrażam wielki ból po tragicznej śmierci Pawła Adamowicza.
- ↑ Jarosław Kaczyński: wyrażam wielki ból po tragicznej śmierci Pawła Adamowicza (pol.). 2019.
- ↑ https://www.theguardian.com/world/2019/jan/14/gdansk-residents-donate-blood-stabbed-mayor-pawel-adamowicz.
- ↑ "Padły bastiony Sojuszu" (fee required). Gazeta Wyborcza. 12 noyabr 2002. 29 fevral 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 9.
- ↑ "Gdansk mayor Pawel Adamowicz dies after being stabbed in heart on stage". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
Xarici keçidlər
redaktə- web.archive.org/web/20021011170019/http://www.adamowicz.gdansk.pl/ — Pavel Adamoviçin rəsmi saytı (pol.) (arxivləşdirilmiş)