Paypal Mafiyasi - Wikipedia
PayPal Mafiyası (ing. PayPal Mafia) — müxtəlif texnologiya şirkətlərin təsisçiləri olan keçmiş PayPal işçi və qurucularına verilən ləqəb.[1] Üzvlərin qurduğu şirkətlərə Tesla Motors, Linkedin, Palantir Technologies, SpaceX, Affirm, Slide, Kiva, YouTube, Yelp və Yammer misal göstərilə bilər.[2] Qrupun üzvlərinin çoxu Stenford Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində təhsil alıblar.
Tarix
redaktəPayPal 1999-cu ildə X.com adıyla Confinity tərəfindən satın alındı. Daha sonra X.com-un adı PayPal olaraq dəyişdirildi və şirkət 2002-ci ildə eBay tərəfindən satın alındı.[3][4] Şirkət eBay-a birləşəndən sonra 50 işçidən 12-si xaric digərləri işlərindən ayrıldı.[mənbə göstərin]Onlar birlikdə əlaqədə qaldılar və bir çox şirkətlərin qurulmasında birgə çalışdılar.[mənbə göstərin] Qrup o qədər məhsuldar oldu ki, "PayPal Mafiyası" ifadəsi yarandı.[3] Bu ifadədən ilk dəfə 2007-ci ildə Fortune jurnalının məqaləsinin başlığında istifadə olundu. Məqalədə qrupun üzvlərinin qanqster formasında ümumi şəkili də yer alırdı.[4][5]
Üzvlər
redaktəPayPal Mafiyası qrupuna aşağıdakılar şəxslər daxildir:
- Piter Til — PayPal-ın təsisçisi və keçmiş baş icraçı direktoru, bəzən qrupun "boss"u olaraq adlandırılır.[6]
- Maks Levsin — PayPal-ın təsisçisi və baş texnologiya direktoru.[7]
- İlon Mask — X.com-un təsisçisi. İlon Mask daha sonra Tesla Motors-un ilk investoru, SpaceX, Neuralink, OpenAI, The Boring Company-in təsisçisi olmuşdur.[8][9]
- David Sak — PayPal-ın keçmiş COO-u, sonradan Geni.com və Yammer-i qurmuşdur.[3]
- Rolof Bota — PayPal-ın keçmiş CFO-u, sonradan vençur kapital şirkəti olan Sequoia Capital-ı qurmuşdur.[10]
- Stiv Çen — PayPal-ın keçmiş mühəndisi, YouTube-nin həmtəsisçisi.[11]
- Rid Hoffman — PayPal-ın keçmiş icraçı vitse-prezidenti, daha sonra Linkedin-i qurmuşdur. Rid Hoffman Facebook, Aviary, Friendster, Six Apart, Zynga, IronPort, Flickr, Digg, Grockit, Ping.fm, Nanosolar, Care.com, Knewton, Last.fm, Ning və Technorati-nin ilkin investorudur.[12][13][14]
- Ken Hoveri — PayPal-ın keçmiş maliyyə direktoru, Təsisçilər Fondunun tərəfdaşıdır.[15]
- Çad Harli — PayPal-ın keçmiş veb dizayneri, YouTube-nin həmtəsisçisi.[8]
- Erik Cekson — PayPal müharibələri kitabının müəllifi. WND Books-un baş icraçı direktoru, CapLinked-in həmtəsisçisi.[16]
- Cavid Kərim — PayPal-ın keçmiş mühəndisi, YouTube-nin həmtəsisçisi. İlk YouTube videosu Me at the zoo Cavid Kərim tərəfindən 23 aprel 2005-ci ildə yüklənmişdir.[10]
- Yard Kopf — PayPal-da Piter Tilin icraçı köməkçisi, Slide, HommeRun və NextRoll-un qurucusu.
- Dav Makklar — PayPal-ın keçmiş marketinq direktoru, yeni şirkətlər üçün "mələk investor" və 500 Startup-un qurucusu.[17][18]
- Endrü Makkormak — Valar Ventures şirkətinin həmtəsisçisi[19]
- Lyuk Nozi — PayPal-ın həmtəsisçisi və marketinq və strategiya üzrə keçmiş vitse-prezidenti, Təsisçilər Fondunun tərəfdaşı[20]
- Ket Rabos — PayPal-ın keçmiş icraçı direktoru. Daha sonra Linkedin, Slide, Square, Khosla Ventures-də işləmişdir. Hazırda Təsisçilər Fondunun tərəfdaşı və Tokbox, Xoom, Slide, Linkedin, Geni, Room 9 Entertainment, YouTube və Yelp-in profesional investoru.[10]
- Cek Selbi — PayPal-ın korporativ və beynəlxalq inkişaf üzrə keçmiş vitse-prezidenti. Piter Tillə birlikdə Clarium Capital-ın həmtəsisçisi. Sonradan Grandmaster Capital Management-in idarəedici direktoru olmuşdur.[21]
- Primal Şah — PayPal-ın keçmiş məhsul meneceri, Kiva.og-un təsisçisi və prezidenti.[4]
- Rassel Simons — PayPal-ın keçmiş mühəndisi, Yelp şirkətinin həmtəsisçisi.[10]
- Ceremi Stoppelman — PayPal-ın texnologiya üzrə keçmiş vitse-prezidenti, Yelp şirkətinin həmtəsisçisi.[22][23][24]
- Yişan Vonq — PayPal-ın keçmiş menecerlik mühəndisi. Daha sonra Facebook-da işlədi və Reddit-in baş icraçı direktoru.[25][26]
İstinadlar
redaktə- ↑ Staff Writer. "David Sacks: Biography". Wall Street Journal. avqust 22, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 30, 2013.
- ↑ Harris, Duke. "PayPal finally poised to enter Web 2.0". San Jose Mercury News. 22 oktyabr 2009. 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ 1 2 3 Helft, Miguel. "It Pays to Have Pals in Silicon Valley". The New York Times. 17 oktyabr 2006. 2021-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ 1 2 3 O'Brien, Jeffrey M. "Meet the PayPal mafia". CNN.com. 26 noyabr 2007. 2008-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2009.
- ↑ "Thiel, Levchin and the PayPal Mafia". Fortune. 15 noyabr 2007. 3 sentyabr 2012 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Rachel Rosmarin. "The PayPal Exodus". Fortune. 12 iyul 2006. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ O'Brien, Jeffrey M. "Meet the PayPal mafia". CNN Money. noyabr 26, 2007. avqust 29, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 13, 2013.
- ↑ 1 2 "Why Elon Musk isn't in Fortune's PayPal Mafia picture". Valleywag. 2009-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2017.
- ↑ Ari Levy. "'PayPal Mafia' Gets Richer: Yelp and Facebook's IPOs will give another boost to Silicon Valley's influential PayPal alumni". Bloomberg BusinessWeek. 21 fevral 2012. 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ 1 2 3 4 "The PayPal Mafia: Who are they and where are Silicon Valley's richest group of men now?". The Daily Telegraph. 2014-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-23.
- ↑ "Steve Chen Biography". A&E Television Networks. 2 aprel 2014. 2016-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2016.
- ↑ J.J. Colao. "Aviary is Quietly Cornering a Billion-Dollar Market". Forbes. 2 mart 2012. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ "Tagged.com". Tagged.com. 2011-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2013.
- ↑ Scott Duke Harris. "Greylock raises $575M fund, adds LinkedIn's Hoffman as partner". San Jose Mercury News. 2 noyabr 2009. 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ "Ken Howery « Founders Fund". Foundersfund.com. 11 avqust 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2013.
- ↑ "Secure.caplinked.com". Secure.caplinked.com. iyul 8, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 31, 2013.
- ↑ "Dave McClure Hits 500". BusinessInsider. 27 iyun 2013. 2019-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ "Where Are They Now? The PayPal "Mafia" Is More Powerful Than Ever". BusinessInsider. 2015-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ "Andrew McCormack Partner". Valar.com. sentyabr 23, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 19, 2014.
- ↑ "Luke Nosek « Founders Fund". Foundersfund.com. sentyabr 16, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 31, 2013.
- ↑ Brehse, Tami. "The 'PayPal Mafia' formed in the early 2000s, and includes everyone from Elon Musk to the Yelp founders. Here's where the original members have ended up". Business Insider. 2019-11-24. 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
- ↑ "More PayPal Mafia Mugshots". ValleyWag. 18 fevral 2010 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Dan Fost. "The Coffee Was Lousy. The Wait Was Long". The New York Times. 21 may 2008. 22 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2022.
- ↑ Sarah Lacy. "Something to Yelp About". Bloomberg BusinessWeek. 7 aprel 2008. 2010-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ "How did Yishan Wong get recruited to PayPal?". Quora.
- ↑ Granato, Andrew. "A look at the PayPal Mafia's continued impact on Silicon Valley". VentureBeat. 2019-01-13. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
Xarici keçidlər
redaktəBiznes və iqtisadiyyat portalı Texnologiya portalı |