Pearl Drag Queen - Wikipedia
Pearl, bəzən Pearl Liaison (11 sentyabr 1990) kimi tanınan, amerikalı dreq ifaçısı və Musiqi prodüseri Metyu Ceyms Lentinin [1] səhnə adıdır, o RuPaul's Drag Race in yeddinci mövsümündə ictimaiyyətin diqqətini cəlb edərək ikinci yerə layiq görülmüşdür.
Erkən həyatı
redaktəLent anası və iki bacısı ilə Florida ştatının Sent Pitersberq şəhərində böyüyüb.[2] O, uşaqlıq illərindən "böyük brilyant üzükləri və xəzləri olan zəngin yaşlı xanımları" təqlid etmək üçün çox vaxt sərf edirdi, bu da nəticədə onun dreq ifaçı olmağına gətirib çıxartdı.[3]
Dreq karyerası
redaktəÇikaqoya köçdükdən sonra Lent 2012-ci ildə Kim Chi və Trixie Mattel ilə birlikdə Pearl səhnə adından istifadə edərək dreq kimi çıxış etməyə başladı.[4] Lent əvvəlcə dreq obrazından hobbi kimi istifadə etməyi planlaşdırırdı, lakin tez bir zamanda konsert sifarişləri artmağa başladı. Daha sonra Nyu-Yorkun Bruklin şəhərinə köçdü.
2014-cü ilin dekabrında Pearl Logo TV -də RuPaul's Drag Race-in yeddinci mövsümünün iştirakçısı olduğu elan edildi.[5] Müsabiqəyə ləng başlasa da, Pearl iki əsas nominasiyada qalib gəldi və nəticədə digər rəqibləri Ginger Minj və Violet Çaçki ilə birlikdə finala keçdi.[6] Mövsümün finalında Violet Çaçki qalib gəldi və Pearl isə ikinci oldu.[7]
Musiqi sahəsində
redaktə2 iyun 2015-ci ildə Lent ilk sinqlı olan "Love Slave" üçün klip çəkərək Pleasure albomunu buraxdı.[8] Albom ABŞ-ın Billboard Dance/Elektron Albomları cədvəlində on bir, Heatseekers çartındə isə on altıncı yerdə idi.
İlk Dreq ətir
redaktə2 iyun 2015-ci ildə Lent, Xyrena ətir şirkəti ilə birlikdə Flazéda ətrini elan etdi.[9][10] Bununla o, adına ətir olan ilk Dreq ifaçı oldu. Ətir 30 iyun 2015-ci ildən istehsal edilməyə başladı [10]
İstinadlar
redaktə- ↑ Dazed. "Pearl is the face of drag's future". Dazed (ingilis). 2015-09-17. 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
- ↑ Van Horn, Shea. "Shea Van Horn Interviews PEARL". June 11, 2015. February 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2015.
- ↑ "Flawless Pearl | Next Magazine". web.archive.org. 2015-06-19. 2015-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
- ↑ Fernandez, Cory. "A Real Pearl". May 27, 2015. February 2, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2015.
- ↑ Nichols, JamesMichael. "'RuPaul's Drag Race' Season Seven Cast Revealed (PHOTOS)". December 7, 2015. October 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2015.
- ↑ "RuPaul reveals Drag Race final 3 in holographically dragtastic Born Naked video". May 27, 2015. February 2, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 20, 2023.
- ↑ "Pearl told she'll 'never return to Drag Race All Stars' following RuPaul drama". August 24, 2018. June 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 20, 2023.
- ↑ Nichols, JamesMichael. "Violet Chachki, Pearl And Ginger Minj, 'RuPaul's Drag Race' Finalists, Release New Music". June 3, 2015. July 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2015.
- ↑ O'Donnell, Carey. "Pearl Releases New Signature Fragrance, Flazéda". Logo NewNowNext. Viacom International Inc. September 15, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2015.
- ↑ 1 2 "Flazéda By Pearl – Extrait De Parfum". Xyrena. June 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2015.