Peterhof Muzey Qoruq - Wikipedia
Peterhof Dövlət Muzey-Qoruğu (rus. Государственный музей-заповедник „Петергоф“) dövlət federal büdcəsindən maliyyələşən mədəni kompleksdir. Kompleksə Fin körfəzinin cənubunda yerləşən görməli yerlər daxildir.
Peterhof Dövlət Muzey-Qoruğu | |
---|---|
Государственный музей-заповедник „Петергоф“ | |
Əsası qoyulub | 1918 |
Mövzu | dövlət təşkilatı[1] |
Ölkə | |
Yerləşir | Rusiya Peterhof |
59°53′ şm. e. 29°55′ ş. u.HGYO | |
peterhofmuseum.ru |
Təsvir
redaktəİlkin olaraq "Peterhof" Dövlət Muzey-Qoruğu (DMQ) Peterhof saray-park kompleksinin idarə olunması məqsədi ilə yaradılmışdır. XX əsr ərzində, Peterhofda yerləşən Aleksandriya saray-park kompleksi və Kolonist parkı, Strelnada yerləşən I Pyotr sarayı və Konstantin sarayı, həmçinin "İmperator yaxtaları", "Benua ailəsi" və "Velosiperlər" muzeyləri də "Peterhof" DMQ-nun tabeliyinə verilmişdir. 2007-ci ildə "Oranienbaum" DMQ-nun likvidasiyasından sonra Lomonosov ərazisində yerləşən Oranienbaum saray-park kompleksi də "Peterhof" DMQ-nun tərkibinə verilmişdir.[2]
Hər il "Peterhof" DMQ 4 milyondan çox insan tərəfindən ziyarət olunur.[1] 1 mart-15 aprel tarixləri arasında isə kompleks ziyarətə qapalı olur.
Tarixi
redaktə- 19 may 1918 – Peterhof saray-park kopleksinin idarə olunması üçün Sovet Rusiyası rəhbərliyi tərəfindən "Peterhof" DMQ təsis edilmişdir[3].
- sentyabr 1941 – yanvar, 1944 – "Peterhof" DMQ almanların işğalı altında olmuşdur. Həmin müddət ərzində kompleksə daxil olan saraylar qarət edilmiş, dağıdılmış və yandırılmış, heykəllər dağıdılmış, ağaclar məhv edilmiş, fontanlar sıradan çıxarılmış, muzeylər qarət olunmuşdur.[4]
- sentyabr 1944 – 1947 – Peterhof saray-park kompleksinin bərpa olunması üçün əsasə restavrasiya işləri aparılmışdır.
- 1999-cu il – restavrasiya işlərindən sonra I Pyotrun sarayı ziyarətçilərin üzünə açılmışdır.[5]
- 2003-cü il – restavrasiya işlərindən sonra Konstantin sarayı ziyarətçilərin üzünə açılmışdır.[5]
- 2007-ci il – "Oranienbaum" DMQ "Peterhof" DMQ-nun tərkibinə daxil edilmişdir.[2]
- 12 iyun 2008-ci il – "Rusiyanın Yeddi Möcüzəsi" müsabiqəsinin qalibləri elan edilmiş və Peterhof saray-park kompleksi də qaliblər sırasına daxil olmuşdur.[6][7]
- noyabr 2008 – "Peterhof" DMQ-na daxil olan obyektlər "Magistral" mühafizə qurumunun nəzarətinə verilmişdir.[8]
Direksiya
redaktə- "Peterhof" DMQ-nun direksiyası Razvodnaya küçəsi, Peterhof ünvanında yerləşir.
- Direktor: Kalnitskaya Yelena Yakovlevna.
- Muzey-qoruq Rusiya Fedreasiyası Mədəniyyət və Kütləvi Kommunikasiya Nazirliyinə tabedir.
İstinadlar
redaktə- ↑ 1 2 "Государственный художественно-архитектурный дворцово-парковый музей-заповедник «Петергоф»". 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
- ↑ 1 2 "Вадим Знаменов: В Ораниенбауме будет что посмотреть!". 2008-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
- ↑ "Дата основания Государственного музея-заповедника «Петергоф»". 2008-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
- ↑ "Город Петергоф". 2009-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
- ↑ 1 2 "Стрельна". 2008-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
- ↑ "«Петергоф» — всенародно признанное чудо России". 2008-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
- ↑ "О проекте". 2012-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
- ↑ "«Магистраль» прошла через Петергоф и Ораниенбаум". 2014-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.