Petrovaradin Muharibesi - Wikipedia
Petrovaradin müharibəsi (alm. Varad, serb. Petrovaradin, mac. Petervarad), 5 avqust 1716-cı il tarixində indiki Serbiyanın Novi Sad bölgəsində Osmanlı ordusunun Avstriya ordusuna qarşı döyüşüdür. Müharibədə Avstriya ordusu qalib gəlmişdir.
Petrovaradin müharibəsi (1716) | |||
---|---|---|---|
1715-1718 Osmanlı Avstriya-Venesiya vuruşması | |||
| |||
Tarix | 5 avqust 1716 | ||
Yeri | Petrovaradin, Serbiya | ||
Nəticəsi | Habsburq zəfəri | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibənin səbəbi
redaktəOsmanlı İmperiyası, 1699-cu ildə Karlovitsa müqaviləsi ilə Venesiya Respublikasına verilən Peloponnes torpaqlarını 1714-cü ilin dekabrından etibarən yerli xalqın köməyi ilə geri almağa başladı. Ancaq Venesiya ilə ittifaq bağlayan Avstriya, Peloponnesin Venesiyaya qaytarılması üçün təzyiq göstərirdi. Osmanlı İmperiyası bu zülmə müharibə elan etməklə cavab verdi. Beləliklə, 1715-1718-ci il Osmanlı Avstriya-Venesiya müharibəsinin ən vacib döyüşü Petrovaradin müharibəsi oldu.
Müharibə
redaktəOsmanlı ordusuna sədrəzəm silahdar Əli Paşa (1667-1716), Avstriya ordusuna isə Savoy şahzadəsi Eugen (1663-1736) rəhbərlik edirdi. Döyüş başladıqdan sonra mərkəzdə silahdar Əli Paşa sağ qanadda isə Anadolunun valisi Əhməd Paşa Avstriyalıları geri çəkməyə müvəffəq oldular. Ancaq avstriyalılar sağ qanaddakı geri çəkilməni dayandırmaq üçün ehtiyatda olan Avstriya süvariləri ilə əks hücuma keçdilər.[1][3] Üstəlik, Dunay çayı üzərindəki Avstriya donanması da top atışları ilə qanadı silkələməyə başladı. Bu vaxt Əhməd Paşanın da vurulması ilə sağ qanadın məğlubiyyət əlamətləri görülməyə başladı. Mərkəzdəki vəziyyəti düzəltməyə çalışan silahdar Əli Paşanın vurulması isə ümumi məğlubiyyətə səbəb oldu. Beləliklə, müdafiə olunan Avstriya ordusu özündən daha böyük bir ordunu məğlub etdi. Tarixçi Jeremy Blaka görə Osmanlı itkisi 30 minə qədərdir.[1]
Meydan döyüşünün müharibəyə təsiri
redaktəMeydandakı döyüşdə qalib gələn avstriyalılar, daha sonra əvvəlki müharibədə Avstriya ordusuna uğurla müqavimət göstərən Banat əyalətinin mərkəzi Timişoara qalasını mühasirəyə aldılar. Uzun bir mühasirədən sonra avstriyalılar 15 oktyabr tarixində Osmanlı İmperiyasının əlindəki son Macar qalasını da ələ keçirdilər. Bir il sonra avstriyalılar Belqradı ələ keçirdilər. Osmanlı tərəfi sülh istəyirdi və 1718-ci ildə Pasarofça müqaviləsi bağlandı.
Müharibədən sonra
redaktəOsmanlılar bu müharibədə həm Belqradı, həm də Timişoaranı itirdilər. 1735-1739-cu illər Osmanlı Rusiya-Avstriya müharibəsi zamanı Belqradı geri almağı bacardılar. Lakin Timişoara avstriyalıların əlində qaldı.
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ 1 2 3 J. Black, Savaş ve Dünya Sh.:176
- ↑ ""Petervaradin Muharebesinde (1716) Habsburgların Osmanlılardan Ele Geçirdiği Silahlar ve Harp Teçhizatı" Tarih Dergisi, Sayı 59, Sayfa 85, dipnot 26, 2014/1:İstanbul., Hakan Karagöz". 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- ↑ Prof. Dr. Yaşar Yücel-Prof Dr Ali Sevim:Türkiye tarihi Cilt III,Sabah yayınları,1991,sf 269