Peyser - Wikipedia
Peysər və ya bəzən boyunardı – boynun arxa tərəfi.
Etimologiyası
"Peysər" farsmənşəli sözdür,[1] "پس سر" (hərf. başın arxası) sözlərindən gəlmişdir.
Təbiətdə
Məməlilərin bir çox növündə peysərdə dərinin sərbəst, qeyri-həssas hissəsi yerləşir. Analar balalarını daşımaq üçün onları bu yerdən ağıza alırlar. Bu, balanın daşınarkən hərəkətsiz qalmasına şərait yaradır. Pişiklər cütləşərkən erkək fərd dişi fərdin hərəkətini məhdudlaşdırmaq üçün onun peysərindən dişləyir.[2]
Mədəniyyətdə
Ənənəvi Yaponiya mədəniyyətində peysər (項, unaci?) qadınlar tərəfindən paltarla örtülməyən azsaylı bədən hissələrindən biridir. Qadının peysəri bir çox yapon kişi üçün qadının cazibədar bölgələrindən biri hesab olunur.[3]
Livan və Misir mədəniyyətlərində şəxsin peysərinə əllə vurmaq ağır təhqir hesab olunur.[4] Müasir Azərbaycan dilində isə "peysər" vulqar söz kimi işlədilir.[5][6]
İstinadlar
- ↑ "peysər, Azərbaycan dilinin izahlı lüğəti. Obastan - onlayn lüğətlər və ensiklopediyalar". Obastan - onlayn lüğətlər və ensiklopediyalar.
- ↑ Morris, Desmond. Illustrated Catwatching. Crescent Books. 1994. 94, 108. ISBN 0-517-12065-8.
- ↑ Cherry, Kittredge. Womansword: What Japanese Words Say about Women. Kodansha. 1987. səh. 21. ISBN 4-7700-1655-7.
- ↑ Khalifa, A. M. Terminal Rage (ingilis). Mavenhill. 2014-04-28. ISBN 9781940387000. 2024-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
- ↑ "Azərbaycanda gənc oğlan "peysər" sözünə görə öləcəkdi - TƏFƏRRÜAT". 2024-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
- ↑ "Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki..." Oxu.Az (az.). 2023-06-08. İstifadə tarixi: 2024-02-08.
Xarici keçidlər
- Vikianbarda Peysər ilə əlaqəli mediafayllar var.
Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |