Pijonit - Wikipedia
Pijonit - Wikipedia - Haqqında Məlumat
Pijonit — mineral, monoklinik piroksen, (Mg, Fe2+, Ca)2[Si2O6]
Pijonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
(Mg,Fe,Ca)SiO₃ |
Strunz təsnifatı | VIII/D.01a[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəPijonit - qatışıqları: Al, Fe3+, Ti, Mn. İkiləşməsi adətən {001} üzrə sadə və polisintetik. Adətən zonallıq müşahidə olunur. Toleit və qabbro tərkibli kiçik intruzivlərin və lavaların sürətlə krislallaşması zamanı əmələ gəlir. Kristallaşma dərinlikdə getdikdə pijonit rombik piroksenə keçir, diopsid-hedenbergit komponentlərin qalan hissəsi isə monoklinik piroksen lövhələri şəklində ilkin piroksenin {001} müstəvilərinə paralel yerləşir. Növ müxtəlifliyi: ferropijonit.
İstinadlar
redaktəMənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.