Pilotsuz Ucus Aparati - Wikipedia
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle ; insansız hava aparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilotu, heyəti və ya sərnişini olmayan uçuş aparatıdır.[1] PUA-lara avtopilot sistemi, bort kompüteri, kommunikasiya sistemi, mürəkkəb sensor kompleksi və müxtəlif növ faydalı yüklər quraşdırılır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur.[2] Əksər PUA-lar kəşfiyyat, müşahidə və digər hərbi məqsədlər daşısa da, açıq mənbəli avtopilot sistemlərinin inkişafı PUA-ların şirkətlər və həvəskarlar tərəfindən istifadəsinə mühit yaradıb[3][4].
Etimologiya
redaktəİngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Aparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.[5]
Təsnifat
redaktəPUA-ları gövdə-motor konfiqurasiyasına və faydalı yükünə görə müxtəlif qruplara ayırmaq olar.
- Dirijabl
- Avtojir
- Hava şarı
- Kopter (Multikopter, Helikopter)
- Sabit qanad (və ya Planer)
- Şaquli enmə-qalxma
- Müşahidə kameraları
- Xəritələmə kameraları
- Qripperlər
- Çiləyici avadanlıqlar
- Partlayıcı maddələr
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "ICAO's circular 328 AN/190 : Unmanned Aircraft Systems" (PDF). ICAO. 2017-02-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-15.
- ↑ "PUA, yoxsa Dron?". ordu.az. ordu.az. 15 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2019.
- ↑ "Software Overview". PX4 Autopilot (ingilis). İstifadə tarixi: 2024-09-18.
- ↑ ArduPilot. "ArduPilot". ArduPilot.org (ingilis). 2024-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ Azərbaycanca-Rusca lüğət. Bakı Slavyan Universiteti.
- ↑ "Airframes Reference | PX4 Guide (main)". docs.px4.io. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
- ↑ "Payload Use Cases | PX4 Guide (main)". docs.px4.io. İstifadə tarixi: 2024-09-18.