Pip Dolmasi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Pip dolması — Azərbaycan milli xörəyi. Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir. Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2–4 gün ərzində yalnız nazik yarpaqları yığılır. Pip yarpağının üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz etməsidir. Hazırlanmasında lazım olan ərzaqlar:
- Quzu əti – 108 q.
- Düyü – 30 q.
- Baş soğan – 20 q.
- Göyərti (keşniş, şüyüd və nanə) – 15 q.
- Pip-(vələs) yarpağı – 40 q.
- Qatıq – 20 q.
- Ərinmiş yağ – 10 q.
- Duz
- İstiot
- Darçın
Hazırlanma qaydası:
Quzu ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır.
Təzə pip (vələs) yarpaqları qaynar suda pörtlədilir, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi (bir saat) bişirilir. Masaya verildikdə ayrıca qabda qatıq qoyulur.