Piresora - Wikipedia
Pirəsora — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Pirəsora | |
---|---|
38°43′14″ şm. e. 48°22′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.758 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimiyası
redaktəİnqilabdan əvvəl bu ərazidə Pirasora adlı bir kənd olmuşdur. Kəndin adı XIX əsrə aid ədəbiyyatda Pirəsura kimi qeyd olunub.[1]
Kənd Pirəsora sovet dövründə adlanırılıb. Əslində, "piyəso" sözünün talış dilində mənası "qədim", pirani yurd yeri" deməkdir. Pi (qoca), so (həyət, yer) mənasında işlənir. Pirəsora kəndində məskunlaşan insanlar Cənubi Azərbaycandan köç edərək Diabar çökəkliyində Divağaş kəndində məskunlaşırlar. Piyəso məzarlığında müqəddəs bir şəxsin qəbri ətrafındakı əkinə yararsız torpaqlarda məskunlaşaraq əkinçilik və heyvandarlıqla məşğul olmuşlar. Kəndin ətrafında "Qrdədülə" kəndi ilə qonşuluq münasibati haqqında məlumatlar var. Qrdədülə təpəsində iki otaqlı evin izləri indidə qalmaqdadır. Həmin ev Alyardım bəyin evi kimi yaddaşlarda qalıb. Çoləhi kəndinin qalıqları və Seləvon bulağından saxsı borularla suyun çəkilməsi aydınlaşdırılıb. Kəndin ətrafındakı qəbiristanlıqların Pirasora kəndi ilə heç bir əlaqəsi olmayıb. Bu qəbiristanlıqlar ərazidə tarixən məskunlaşıb köçən insanlara məxsus olub. Pirəsora camaatı isə məskunlaşmadan sonra da ölüləri gəldikləri Divağaş kəndinə aparıb dəfn etmişlər. Sonradan Məmmədrəhim adlı bir ağsaqqal özünə məxsus olan torpağı qəbiristanlıq üçün ayırır. Həmin ərazidə olan başqa şəxslərə aid olan torpaqları da özünə məxsus olan torpaqlarla dəyişir, yəni alıb haqqını ödəyir. Pirəsora qəbiristanlığı məskunlaşma tarixi kimi götürülə bilməz. Aparılmış tədqiqatlara görə Pirəsora kəndinin 600–650 il tarixi var.
İstinadlar
redaktə- ↑ Pirəsora // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktə Lerik rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |